Norveçdə azərbaycanlı jurnalistlərə hörmətsizlik

Norveçdə azərbaycanlı jurnalistlərə hörmətsizlik
  16 Noyabr 2014    Oxunub:1993
Norveç yığması sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandamızın qonağı olacaq.

AzVision.az azerisport.az-a istinadən bildirir ki, rəqib komandanın baş məşqçisi Per-Matias Hoqmo bu oyun öncəsi mətbuat konfransı keçirib.

Amma sözügedən tədbir qalmaqalsız ötüşməyib. Buna səbəb Hoqmonun azərbaycanlı jurnalistlər önünə tərcüməçisiz çıxması olub. Komandanın mətbuat xidmətinin rəhbəri Sveyn Qraff bəyan edib ki, Hoqmo norveçli jurnalistlərin suallarına doğma dildə, azərbaycanlı jurnalistlərin suallarına isə ingilis dilində cavab verəcək.

Bu isə azərbaycanlı jurnalistlərin etirazına səbəb olub və öz aralarında ucadan danışmağa başlayıblar. "Vikinqlər"in baş məşqçisi isə öz növbəsində konfrans zalını tərk etmək istəyib. Amma sonradan o, sakitləşərək, sözünə davam edib.



Teqlər:





Xəbər lenti