Millimiz ilk oyununa çıxır

Millimiz ilk oyununa çıxır
  10 Noyabr 2014    Oxunub:1779
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək.
AzVision.az AFFA-ya istinadən məlumat verir ki, komandamız Dunaujvaroş şəhərində Macarıstan yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qarşılaşmanın baş hakimi şotland Con Beton olacaq. Ona Qreym Styuart (Şotlandiya) və Devid Morheym (İsrail) kömək edəcəklər. Dördüncü hakim Eli Hekmon (İsrail) təyin olunub.

Yığmamıza dəstək olmaq məqsədi ilə əməkdar məşqçi, "Şöhrət" ordenli Ağasəlim Mircavadov AFFA tərəfindən bu ölkəyə ezam edilib.

Qeyd edək ki, Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində 19 yaşadək futbolçulardan ibarət yığmamızın yer aldığı qrupun oyunları Macarıstanda keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti