FHN-in peyntbolçuları I oldu

FHN-in peyntbolçuları  I oldu
  10 Noyabr 2014    Oxunub:1959
Qəbələ şəhərində keçirilən Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr edilmiş peyntbol idman növü üzrə Respublika çempionatı başa çatıb.
Azərbaycan Peyntbol Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çempionat federasiyanın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, “ASAN xidmət”in və Qəbələ Atıcılıq Klubunun dəstəyi ilə baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda 1-ci yerin qalibi Fövqəladə Hallar Nazirliyinin (FHN) peyntbolçuları, 2-ci yerin qalibi “ASAN xidmət”in peyntbolçuları, 3-cü yerin qalibi isə Xüsusi Dövlət Mühafizə Xidmətinin peyntbolçuları olub.

1-ci yerin qalibinə Gənclər və İdman Nazirliyinin 1-ci dərəcəli diplomu və çempionatın kuboku təqdim edilib. 2-ci yerin qalibinə çempionatın 2-ci dərəcəli diplomu, 3-cü yerin qalibinə isə çempionatın 3-cü dərəcəli diplomu təqdim olunub. Eyni zamanda, 1, 2 və 3-cü yerləri tutan peyntbolçulara qiymətli hədiyyələr təqdim edilib. Digər komandaların nümayəndələri isə Gənclər və İdman Nazirliyinin və Peyntbol Federasiyasının iştirakçı diplomları ilə təltif olunublar.

Avropa Peyntbol Federasiyasının vitse-prezidenti Viktor Toqayev və baş katibi Viktoriya Sorantçeva təltifetmə mərasimində iştirak edərək, qalib komandaları Azərbaycan Peyntbol Federasiyası tərəfindən Avropa və sünya peytbol çempionatında iştiraka dəvət ediblər.

FHN-in İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev komandasından birinciliyi gözlədiyini etiraf edib və onlara hər bir çempionatda qalib olmağı arzulayıb.


Teqlər:





Xəbər lenti