UEFA-dan Putinə görə Ukraynaya cəza
"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, BFF fanatların siyasi mahiyyətli atmacardan istifadə etməsi, həmçinin oyunda təhlükəsizliyin kifayət qədər təmin edilməməsi səbəbindən cəzalandırıla bilər. UFF isə azarkeşlərin siyasi mövzuda şüarlar səsləndirməsi və stadiona pirotexnika atmalarında günahlandırılır. Belorus və Ukrayna azarkeşlərinin davranışlarına noyabrın 13-də UEFA-nın İntizam Komitəsinin iclasında baxılacaq.
Qeyd edək ki, sözügedən oyun zamanı hər iki komandanın azarkeşləri Rusiya prezidenti Vladimir Putin haqqında məşhur mahnı oxuyublar.
Teqlər: