`Qarabağ` məğlub oldu: 1-2 - YENİLƏNİB
“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Namiq Yusifov, Reynaldo Silva, Muerrem Muerrem, Rəşad Sadıxov, Riçard Almeyda, Ansi Aqoli, Leroy Corc və Bədəvi Hüseynov yer alıblar.
“Dnepr”in ilk onbirliyində meydana Denis Boyko, Andrey Mazux, Nikola Kaliniç, Yevgeni Konoplyanka, Yevgeni Çeberyaçko, İvan Striniç, Roman Zozulya, Bruno Qama, Duqlas, Ruslan Rotan və Artyom Fedetski çıxıblar.
İki həftə əvvəl Kiyevdə keçirilən qarşılaşmada Qurban Qurbanovun yetirmələri “Dnepr”i minimal (0:1) hesabla məğlub etmişdilər.
Hazırda qrupda ikinci yerdə qərarlaşan Azərbaycan çempionu bu görüşdə qələbə qazandığı təqdirdə 1/16 finala daha da yaxınlaşacaq.
***
Qarşılaşmanın 15-ci dəqiqəsində “Dnepr”in futbolçusu Nikola Kaliniç hava ötürməsindən topu başla dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb.
***
Görüşün 35-ci dəqiqəsində Reynaldonun driblinqinə kobudluqla mane olan ukraynalıların qapısına cərimə zərbəsi təyin edildi. Leroy Corc zərbəni dəqiqliklə yerinə yetirərək hesabı bərabərləşdirdi – 1:1.
***
Oyunun 73-cü dəqiqəsində`Dnepr` komandasının Nikola Kaliniç ikinci qolu vurdu. Bununla da `Qarabağ` 2-1 hesabı ilə Ukrayna təmsilçisinə məğlub oldu.