`Real` uddu, `Qalatasaray` yenə darmadağın oldu - Nəticələr

`Real` uddu, `Qalatasaray` yenə darmadağın oldu - Nəticələr
  05 Noyabr 2014    Oxunub:2328
Ötən gün Çempionlar Liqasında IV turun oyunlarına start verilib.
AzVision.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

A qrupunun lideri Madridin “Atletiko” klubu səfərdə “Malmö” ilə qarşılaşıb. Oyun madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda “Yuventus” öz meydanında çətinliklə 3:2 hesabı ilə “Olimpiakos”u məğlub edib

B qrupunda Madrid “Real”ı doğma meydanda “Liverpul”la üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb. Bununla da "Real" 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər matçında “Ludoqorotes” klubu səfərdə “Bazel”in qonağı olub. Görüş meydan sahiblərini böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0.

C qrupunda Rusiya "Zenit"i lider “Bayer” (Leverkuzen) klubu ilə görüşüb. Qarşılaşma Almaniya təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1. “Monako” isə səfərdə qrupun autsayderi “Benfika”nın qonağı olub və rəqibinə 0:2 hesabı ilə məğlub olub.

D qrupunda isə Türkiyənin “Qalatasaray” klubu Dortmundda "Borussiya" ilə qarşılaşıb. “Borussiya” ilə ilk matçda olduğu kimi bu dəfə də "Cim Bom" qapısında 4 qol görüb – 1:4. Bununla da Türkiyə klubunun qrupdan çıxmaq şansı demək olar ki heçə enib. Qrupun digər oyununda isə “Arsenal” evdə “Anderlext”lə məhsuldar heç-heçə edib – 3:3.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti