`Oxuduğum yerdə qaş-göz hərəkətləri edirlər` - Kişi müğənni

`Oxuduğum yerdə qaş-göz hərəkətləri edirlər` - Kişi müğənni
  05 Noyabr 2014    Oxunub:3541
Azərbaycan şou-biznesinin bir neçə mənsubu arasında sorğu aparılıb.
AzVision.az axşam.az-a istinadən bildirir ki, ifaçılardan toyda hansı məqamlardan narazı qaldıqları soruşulub:

Sevda Yahyayeva: "Çox yerdə akustika çatışmır. Səslənmə pis olur, bu halı sevmirəm".

Roza Zərgərli: "İlk növbədə, yeməklərin masaya çox düzülməsini xoşlamıram. İsrafçılıq olur. Bir də səs akustikası yaxşı deyil".

Samir Piriyev: "Oxuduğun yerdə kimsə göz-qaş hərəkətləri edir, bunu xoşlamıram".

Günay İbrahimli: "Toyun sonunda içib, özlərin apara bilmirlər. Bir də çox danışanda xoşlamıram. Bəyin bütün qohumları - əmisi, dayısı, xalası çıxış edir. Məclisi ata açır, bəsdir də..."

Elvin Abdullayev: "Toylarda israfçılıq çoxdur. Bir də layiq olmayan ifaçıya çox pul ödəyirlər".

Elton Hüseynəliyev: "Oxuduğum yerdə gəlib qulağıma söz deməsinlər. Müğənni ifa edəndə onun ruhu, bədəni musiqiyə təslim olur".


Teqlər:





Xəbər lenti