Yarış bitdi, qalib 100 min qazandı

Yarış bitdi, qalib 100 min qazandı
  02 Noyabr 2014    Oxunub:1861
Bakıda Blancpain Sprint Series seriyasının final mərhələsi olan “Baku World Challenge-2014” üçüncü beynəlxalq yarışın qalibləri müəyyənləşib.

AzVision.az-ın Trend-ə istinadən məlumatına görə, yarış Azərbaycan gənclər və idman nazirliyi və Azərbaycan Avtomobil federasiyasının dəstəyi ilə “Aztexnika” şirkəti tərəfindən təşkil olunub.

Mübarizə Bakıdakı məşhur “Baku Crystal Hall” və Dövlət bayrağı Meydanı ilə yanaşı tamami ilə yeni və xüsusi hazırlanmış dörd kilometrlik yarışma trassasında dünyanın titullu pilotlar arasında keçib.

İkigünlük çox maraqlı və baxımlı yarışda Belgian Audi Club Team WRT komandası qələbə qazanıb, ikinci yeri Beechdean AMR, üçüncü yeri isə - Phoenix Racing komandası tutub.

Qalib komandalar üçün baş mükafat fondu birinci yer üçün 100 min avro, ikinci yer - 50 min avro, üçüncü - 25 min avro təşkil edir.

Yarışda Beynəlxalq avtomobil idmanı federasiyasını təmsil edən 59 nəfər, 17 komandada 30 ali dərəcəli avtomobillə iştirak ediblər: BMW Z4, Audi R8LMS Ultra, Mercedes SLS AMG GT3, McLaren MP4-12C, Lamborghini LFII, Porsche 997 GT3, Aston Martin Vantage GT3 və Corvette Z06 G.

Tədbirin canlı yayımı Eurosport telekanalında gedib və yarışlara Avropa ölkələrində Yaxın Şərq, eləcə də Avstraliya, Asiya, Amerika və Afrika müşahidə edilib.



Teqlər:  





Xəbər lenti