`Qarabağ` sevərlərin nəzərinə
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçda “Qarabağ” qeyri-qanuni bilet alveri, saxta bilet satışı ehtimalını nəzərə alaraq xüsusi tədbirlər həyata keçirmək planlaşdırlır.
Belə ki, “Qarabağ” – “Dnepr” oyununun biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Bu holoqram məxsusi “Qarabağ” üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil.
Klub nümayəndələri azarkeşləri bileti fərdi şəxslərdən deyil, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almağa çağırır. Holoqramı olmayan biletlər etibarsız sayılacaq. “Qarabağ” – “Dnepr” oyununun biletləri noyabrın 3-dən satışa çıxarılacaq.
Teqlər: