`Məni azərbaycanlı ekstrasens uduzdurdu` - Dünya Çempionu
AzVision.az xəbər verir ki, bu sözləri şahmat üzrə dünya çempionu Anatoli Karpov Rusiyanın məşhur “Arqumentı i faktı” həftəliyinə açıqlamasında deyib. Çempion bildirib ki, həqiqətən də, həlledici oyun zamanı anlaşılmaz hadisələr baş verib:
- Tamamilə üstün vəziyyətdə olmağıma baxmayaraq, mən məntiqsiz hərəkətlər etməyə, səhvlər buraxmağa başladım və nəticədə çempionluq titulunu əldən verdim. Mənim fikirləşmə mexanizmimdə nəsə sınmışdı. Bəlkə də kənardan olan təsirə görə. Yaxud bəlkə də ona görə ki, Tofiq Dadaşovin baxışları mənim konsentrasiyamı pozurdu... Yəni o, Kasparova kömək etmirdi, əksinə, mənə mane olurdu.
Tariyel Həsənov
AzVision.az