“Çempionlar Liqası”nda inanılmaz gecə: 40 qol

“Çempionlar Liqası”nda inanılmaz gecə: 40 qol
  22 Oktyabr 2014    Oxunub:5038
“Çempionlar Liqası”nın üçüncü turunun oyunlarına start verilib AzVision.az məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
E qrupunun lideri "Bavariya" səfərdə "Roma"nın qonağı olub. Görüş qonaqların 7:1 hesablı qələbəsi ilə başa çatıb. "Mançester Siti" isə Moskvada CSKA ilə qarşılaşıb. Bu oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.

F qrupunda "Barselona" öz meydanında "Ayaks"a 3:1, PSJ isə səfərdə APOEL-ə 1:0 hesab ilə qalib gəlib.

G qrupunun lideri olan "Çelsi" klubu doğma meydanda Sloveniya çempionu "Maribor"u sınağa çəkib və rəqibi 6:0 hesabı ilə darmadağın edib. Almaniyada isə "Şalke" - "Sportinq" oyunu keçirilib. Bu görüşdə qələbəyə meydan sahibləri sevinib – 4:3.

H qrupunda keçirdiyi iki oyunda heç-heçə edən "Şaxtyor" (Donetsk) klubu səfərdə BATE-nin qonağı olub. Mirça Luçeskunun komandası rəqibinə 7:0 hesabı ilə qalib gəlib. "Portu" isə öz meydanında "Atletik" (Bilbao) ilə münasibətlərinə aydınlıq gətirib – 2:1. .

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin III turunun qalan 8 oyunu bu axşam keçiriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti