“Neftçi”də Ebola təşvişi - futbolçu yoxlanılır
AzVision.az rekord.az-a istinadən xəbər verir ki, "Neftçi"də analoji vəziyyət hökm sürür.
Belə ki, bu yaxınlarda Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan geri dönən Syerra-Leone millisinin üzvü Julius Vobay karantina alınıb. Bakıya çatan kimi futbolçu dərhal həkim müayinəsinə göndərilib. Düzdür, onda hər hansı bir virus aşkarlanmayıb. Ancaq bununla belə, hazırda Vobay "Neftçi" həkimlərinin ciddi nəzarətindədir və onu hər gün yoxlayırlar.
Maraq üçünq eyd edək ki, Vobayın millidəki komanda yoldaşı Con Kamaranın Yunanıstanın ikinci dəstəsində mübarizə aparan “Lamiya”nın heyətindən uzaqlaşdırılıb. Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan geri dönən futbolçu karantinə alınıb. Buna səbəb “qara qitə”də yayılan “Ebola” virusudu. Kamaraya 21 günlük karantin müddətində komanda üzvləriylə təmasda olmamaq göstərişi verilib.
Teqlər: