FİFA-nın Rusiya əngəli - nəticələr açıqlanmır
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu FIFA-nın Etika komitəsinin arbitraj palatasının rəhbəri Hans-Yohaim Ekkert deyib.
Onun sözlərinə görə, FIFA noyabrın ortalarında araşdırmanın nəticələri ilə bağlı bəyanat verəcək.
Qeyd edək ki, daha əvvəl FIFA-nın hüquqşünası Marko Villicer bəyan etmişdi ki, mövcud araşdırma üzrə hesabatın nəticələri açıqlana bilməz, çünki məxfilik təşkilatın Etika komitəsinin məcəlləsində təsbit edilib.
Rusiyanın idman naziri Vitali Mutko araşdırmanın nəticələrinin açıqlanmasının əleyhinə olub. FIFA-nın vitse-prezidenti Əli bin əl-Hüseyn və Etika komitəsinin sədri Maykl Qarsiya isə nəticələrin açıqlanmasının tərəfdarıdırlar.
AzVision.az
Teqlər: