Berti Foqts istefasından danışdı

Berti Foqts istefasından danışdı
  17 Oktyabr 2014    Oxunub:1684
“AFFA rəhbərliyi ilə söhbətimiz oldu. Mən onlara Azərbaycan millisində çalışa bilməyəcəyimi dedim”.
AzVision.az “Apasport.az”a istinadən xəbər verir ki, bu sözləri Almaniya mətbuatına açıqlamasında millimizin baş məşqçisi postundan istefa verən Berti Foqts deyib.

67 yaşlı mütəxəssis Azərbaycan yığmasından ayrılma səbəblərini açıqlayıb: “Futbol oynamaq üçün daim hazır olmalısan. Mən artıq özümü orada görmürdüm. Ona görə də istefa verdim. Yenə də deyirəm ki, Azərbaycan klublarında futbolçularla bağlı problemlər var. Çempionatda oynayan komandalardan oyunçulara intensiv məşqlər keçirilmir. Amma Azərbaycan millisi ilə uğur qazana bildim. Onları reytinq siyahısında 147-ci pillədən 73-cü yerə qədər gətirdim”.

Qeyd edək ki, Berti Foqts bu gün Azərbaycan millisinin baş məşqçi postundan istefa verib.


Teqlər:





Xəbər lenti