TQDK 5-ci sinfin 6 dərsliyini yararsız hesab edir

TQDK 5-ci sinfin 6 dərsliyini yararsız hesab edir
  01 May 2013    Oxunub:1906
Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi başa çatıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dərsliklərə dair yekun rəylər bu gün Təhsil Nazirliyinə göndərilib. Yekun rəylərə əsasən, “Azərbaycan dili”, “Ədəbiyyat” (müəlliflər: A. Süleymanova, Təranə Bağırova və İlahə Muradova), “Riyaziyyat”, “Həyat bilgisi” (hər iki variativ dərslik) və “İngilis dili” dərsliklərinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib. Digər dərsliklərin yekun rəydə göstərilən irad və təkliflər nəzərə alınmaqla, tədrisdə istifadəsi məqsədəuyğun hesab edilib.


Teqlər:  





Xəbər lenti