Keçmiş nazir Müsavatdan istefa verdi

Keçmiş nazir Müsavatdan istefa verdi
  16 Oktyabr 2014    Oxunub:2406
"Mən daha Müsavat Partiyasının üzvü deyiləm”.
AzVision.az xəbər verir ki, bunu AzNews.az-a Müsavat Partiyasının divan üzvü, Müsavatın Tovuz rayon təşkilatının üzvü Tofiq Hüseynli ("Qara Tofiq") bildirib.

Müsavat Partiyasının Tovuz rayon təşkilatının keçirdiyi iclasda iştirak edən Qara Tofiq deyib ki, həyatının ən gözəl anlarını sərf etdiyi bir partiyanın daha üzvü deyil.

“Artıq istefa verdim. Nə etmək olar, bu da bir qismətdir. Belə yazılıbmış”, - deyə "Qara Tofiq" vurğulayıb.

Qeyd edək ki, Tofiq Hüseynli AXC hakimiyyəti dövründə kənd təsərrüfatı naziri işləyib.


Teqlər:





Xəbər lenti