TQDK sədri Gəncə və Qazaxda vətəndaşlarla görüşəcək

TQDK sədri Gəncə və Qazaxda vətəndaşlarla görüşəcək
  01 May 2013    Oxunub:1835
TQDK sədri Gəncə və Qazax şəhərlərində vətəndaşları qəbul edəcək
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Gədəbəy rayon sakinləri və həmin rayolarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qazax rayononda keçiriləcək qəbulda Qazax, Agstafa və Tovuz rayon sakinləri iştirak edə bilərlər.

Gəncə şəhərində qəbul mayın 15-də TQDK-nın Gəncə regional bölmədəsində (ünvan: Heydər Əliyev meydanı İnzibati bina) keçiriləcək.

Qazax şəhərində qəbul mayın 16-da Qazax Şahmat Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə tel: (022) 256-50-67) xahiş olunur.

Bundan əlavə, TQDK Gəncə regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Şəmkir, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Daşkəsən, Samux, Qazax, Ağstafa, Tovuz rayon təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar:

Şəmkir rayonu üzrə - 02 may 2013-cü il,

Gədəbəy rayonu üzrə - 02 may 2013-cü il,

Göygöl rayonu üzrə - 03 may 2013-cü il,

Naftalan şəhəri üzrə - 03 may 2013-cü il,

Goranboy rayonu üzrə - 06 may 2013-cü il,

Daşkəsən rayonu üzrə - 07 may 2013-cü il.

Samux rayonu üzrə - 08 may 2013-cü il

Qazax rayonu üzrə - 13 may 2013-cü il

Ağstafa rayonu üzrə - 13 may 2013

Tovuz rayonu üzrə - 14 may 2013-cü il


Teqlər:  





Xəbər lenti