Birinci xanım və Leyla Əliyeva açılışda - FOTOLAR

Birinci xanım və Leyla Əliyeva açılışda - FOTOLAR
  04 Oktyabr 2014    Oxunub:3608
Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Yasamal rayonunda yeni inşa edilən körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev birinci xanım Mehriban Əliyevaya körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, bu məktəbəqədər təhsil müəssisəsində tikinti işlərinə cari il mayın sonlarında başlanılıb. Nəticədə bağçada uşaqlar üçün hər cür şərait yaradılıb.

Bu gün Azərbaycanın birinci xanımı və Leyla Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən 175 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində də iştirak ediblər.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisəsinin 2 korpusdan ibarət olduğunu bildirdi. Burada 6 qrup üzrə 110 uşaq tərbiyə alırdı. Amma bağçaya tələbatın çox olduğu nəzərə alınaraq bu il bağçanın yeni korpusu inşa edildi. Əvvəlki korpusda isə əsaslı təmir işləri aparıldı. Bununla da bağçada qrupların sayı 6-dan 12-yə çatdırıldı, uşaqların sayı isə 230 nəfər oldu. Müəssisədə balacaların təlim tərbiyəsi ilə 70 nəfərdən ibarət heyət məşğul olacaq. Bağçadakı 12 qrupdan 10-u Azərbaycan, 2-si isə rusdilli qrupdur. Burada 2 yaş qrupu - 2-3 yaş arası və 3-6 yaş arasında olan uşaqlara qayğı göstəriləcək.

Mehriban Əliyeva və Leyla Əliyeva bağçadakı Heydər Əliyev guşəsində oldular, həmçinin milli guşəyə baxdılar.

Mehriban Əliyeva buradakı şəraitin yüksək səviyyədə olduğunu bildirdi.

Heydər Əliyev Fondunun prezidentinə binanın ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti