Ramiz Mehdiyevdən erməni miflərinə ağır zərbə - TAM MƏTN

Ramiz Mehdiyevdən erməni miflərinə ağır zərbə - TAM MƏTN
  25 Sentyabr 2014    Oxunub:12496
Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev erməni tarixçilərinin mif yaradıcılığına güclü zərbə vuracaq bir yazı yazıb. Elmi məqalədə ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində təhlil olunur.

AzVision.az
maraqlı və aktual olduğunu nəzərə alaraq, elmi məqaləni olduğu kimi təqdim edir.


Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində

“...mifin nə olduğunu bilmədən, onunla necə mübarizə aparmaq və ya onu necə təkzib etmək olar?”
Aleksey Losev, XX əsr rus filosofu

Mif sosioloji reallıqdır. Başqa sözlə desək, mif xalqın gerçəkliyi ümumiləşdirilmiş formada, ibtidai şüurun tamamilə real hesab etdiyi konkret-hissi şəxsləndirmələr və canlı duyğular şəklində əks etdirən kollektiv fantaziyasının məhsuludur. Miflərin sosial mahiyyətini konkret cəmiyyətin ideologiyasını və deməli, onun tərkib hissəsi olan mifləri doğuran sosial şəraitdə axtarmaq lazımdır.

Ensiklopediya lüğətində mif gerçəkliyin müstəqil hadisələri hesab edilən hissi-əyani obrazların köməyi ilə bütöv kütlənin düşüncə və gerçəkliyi şərhetmə forması kimi səciyyələndirilir (1).

XX əsr rus filosofu, fundamental fəlsəfi əsərlərin müəllifi Aleksey Losev fəlsəfə tarixçisi Dm.Çijevskinin “bütöv bir fəlsəfi sistem” adlandırdığı “Mifin dialektikası” kitabında yazır: “Mif büsbütün uydurmadır, mif uşaq fantaziyasıdır, o, real deyil, lakin subyektivdir, fəlsəfi cəhətdən cılızdır və ya əksinə, sitayiş predmetidir...” (2).

A.Losev hesab edirdi ki, miflərin yaranması insanın dərin əqli qabiliyyətləri ilə çox cüzi bağlıdır; o, mifoloji təfəkkürü “insan şüurunun ən qaranlıq sahələrindən” biri sayırdı (3).

A.Losevin fikrincə, mif şüura və ümumiyyətlə, varlığa aid kateqoriyadır. “Mif yaratmaq üçün intellektual səylərdən çox da istifadə etmək lazım gəlmir. Hər halda biz mifin nəzəriyyəsi barədə deyil, mifin özü barədə danışırıq” (4). “Mif ideal varlıq deyil, lakin həyatda hiss edilən və yaradılan, maddi reallıq və cismani, heyvani dərəcəyə çatan cismani gerçəklikdir” (5).

Tədqiqatçılar müəyyən ediblər ki, mifoloji təfəkkür çox vaxt tarixi ümumiləşdirmələrə gəlib çıxır. İnsanlar konkret ərazi ilə bağlı olanda onların birgə həyatının müəyyən dövrlərində mənşələrinin eyni olması barədə təsəvvür güclənir, əcdadlara pərəstiş, əcdadlar haqqında müvafiq miflər, uydurma tarixi miflər yaranır.

Müasir elm minilliklər boyu təbiəti və insan varlığını dərk etmək forması olmuş mifləri köhnə ilə yeninin əbədi mübarizəsinin salnaməsi hesab edir. Odur ki, heç bir konsepsiya miflərin sosial mahiyyətini izah edə bilməz. Çünki bunun izahını insan ruhunun ayrı-ayrı qabiliyyətlərində deyil, yuxarıda qeyd etdiyimiz kimi, bu və ya digər cəmiyyətin ideologiyasını və deməli, onun tərkib hissəsi olan mifləri doğurmuş sosial şəraitdə axtarmaq lazımdır.

Mifoloji təfəkkür nəzəri şüurdan əvvəlki dünyagörüşünün universal forması kimi, gerçəkliyin mənəvi-praktiki mənimsənilməsinin müxtəlif sahələrində mövcud olan (məsələn, kütləvi şüur mifologiyası) və güclü potensiala malik elementdir. Miflərin spesifikası mədəniyyətdə daha qabarıq, bütöv bir sistem kimi təzahür edir. Xalqın tarixi həmin sistemin terminləri vasitəsilə qavranılır və təsvir edilir. Miflərin əsas ideyaları nağıllarda və kollektiv şifahi yaradıcılığın başqa formalarında cəmləşib. Sinifsiz cəmiyyətdə mif bir növ sadəlövh inam, ideologiyanın yeganə forması idi. Erkən sinfi cəmiyyətdə mif həmin cəmiyyətin müxtəlif dini, sosial-siyasi, əxlaqi və fəlsəfi ideyalarının alleqorik ifadə formasına çevrilib.

Miflər aləmi praktiki təcrübə məntiqinə tabe olmur. Məhz bu səbəbdən miflərə çox vaxt etnosun mənşəyini izah etmək üçün müraciət olunur. Bu, mifoloji təfəkkürün tarixi ümumiləşdirmələrə gəlişinin nəticəsidir. Ümumiləşdirici təfəkkürün sonrakı inkişafı ilə əlaqədar olaraq mifoloji şüurun artıq başqa pilləsi yaranır. Çox vaxt o, etnosu yaratmış “vahid ata” deyilən varlıq haqqında təsəvvürlər dərəcəsinə çatır.

Mif daim izah və interpretasiya tələb edir. Tənqid edilməsinə yol verməyən mif ilkin məna nüvəsi hökmən qorunub saxlanmaqla məzmununun permanent aktuallaşmasına ehtiyac duyur. Mifin ömrü ona inamın ömrü qədərdir və mifin daxilində hər hansı tənqidi analitika, xüsusən şübhə qeyri-mümkündür. Bəzi tədqiqatçılar mifi “xalqın həyatı ilə bağlı hadisələrin dini etiqad baxımından təsviri” adlandırırlar.

Miflər heç vaxt ölməyib, əksinə, bütün dövrlərdə kütlələrin səfərbər edilməsi işində ideoloji baza olub. Siyasi təşkilatlar və hakimiyyət qurumları mifoloji obrazlardan çox vaxt kütləvi şüurun məqsədyönlü şəkildə proqramlaşdırılması, cəmiyyətdə radikal-aqressiv əhval-ruhiyyə formalaşdırılması üçün istifadə edirlər.

Miflərin müxtəlif aspektlərini, o cümlədən onun fəlsəfəsini öyrənən çox ciddi bir elm – mifologiya elmi mövcuddur. Bir sözlə, mifologiya miflər haqqında elmdir. Bütövlükdə isə mifologiya arxetiplərin işlənilməsinin bəşər mədəniyyətinə xas olan üsuludur. Arxetiplərin transformasiyası prosesində obrazların və ya mifoloji motivlərin detalları dəyişə bilər, dəyişməz qalan isə yalnız arxetipin nüvəsidir. Mif müəyyən mənada keçmişimiz deyildir, hərçənd o, bizim tariximizdən əvvəl yaranıb və ümumbəşəri təcrübəmizin canlı mahiyyətidir.

Mifologiya mədəni proqramların fərdi və kütləvi şüur tərəfindən qeyri-tənqidi qavrayışını, onların məzmununun sakrallaşdırılmasını və qeyd-şərtsiz icrasını nəzərdə tutan fəaliyyət tipidir.

1725-ci ildə Cambattista Viko “Yeni elmin əsasları” əsərində simvolik formaların fundamental fəlsəfəsini də diqqətdən kənarda qoymadan mifin öyrənilməsində faktiki olaraq bütün əsas istiqamətləri göstərib.

C.Vikodan bir əsr sonra, 1825-ci ildə Fridrix Şellinq “Mifologiya fəlsəfəsinə tarixi-tənqidi giriş” əsərində mifologiyanın mahiyyətini izah etmək üçün faktiki olaraq fəlsəfənin bütün gücünü və imkanlarını səfərbər edir. Mifin izahının əsas müasir paradiqmalarının yaranması məhz F.Şellinqin adı ilə bağlıdır.

İlkin arxaik mifologiya etnomifologiya kimi formalaşır (qədim yunan mifləri “İliada” və “Odisseya”).

Lakin mifologiya ilə yanaşı, “mifo­lo­jiləşdirmə” anlayışı da vardır. Bu termin, ilk növbədə, şüurun mifolojiləşdirilməsi kontekstində istifadə edilir və hər hansı qeyri-adekvat təsəvvürü, tarix və tarixi faktlar da istisna edilmədən, reallıq kimi nəzərdə tutur. Təsadüfi deyildir ki, vaxtilə böyük Platon mifə bizi əhatə edən sosiumun mötəbər fakt hesab etdiyi uydurma kimi tərif verirdi. Məhz total mifolojiləşdirmə nəticəsində bəzən mif dedikdə, nə vaxtsa formalaşmış mədəniyyət abidələri deyil, gerçəkliyə müəyyən mənada qeyri-adekvatlıq başa düşülür. Bu, bir tərəfdən kütlələrin sadəlövhlüyündən, digər tərəfdən isə bu və ya başqa mifi ictimai şüura bilərəkdən yeridənlərin hərəkətlərindən irəli gəlir.

Bu mərhələdə həm aşağıdan mifo­lo­ji­lə­ş­dirməni, yəni, xalqın yaratdığı mifləri, həm də siyasi texnoloqların və siyasətbazların effektiv aləti olan süni mifolojiləşdirməni fərqləndirmək lazımdır.

Psixologiya lüğətinə görə, mifo­lo­ji­ləş­dirmə şizofreniya simptomlarının yaranması ilə bağlıdır və dözülməz təqsir hissi şəraitində müdafiə mexanizmlərinin işə düşməsi deməkdir6.

Kütləvi şüurun mifolojiləşdirilməsi prosesi müəyyən mənada bəşəriyyətin bütün tarixini müşayiət etsə də, müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, bu proses tarix kimi ciddi elmdən də yan keçməyib və yalançı erməni alimlərinin “böyük Ermənistan”, “əzabkeş Ermənistan” haqqında, “ermənilərin birinci xristian millət” olması barədə və digər bir sıra miflərin kütləvi şüura yeridilməsi cəhdlərində çox gülünc formada təzahür edib.

Ermənilərin mif yaradıcılığına nəzər salsaq, asanlıqla yəqin etmək olar ki, onlar miflərdən öz tarixlərini qədimləşdirmək məqsədilə istifadə etmək­də bütün bəşəriyyəti qabaqlayırlar. Bu, onların öz etnogenezini və milli dinlərini qə­dimləşdirmələrində daha əyani şəkildə görünür. Onlar “şey” ideyasını “şeyin özündən ayırmağa” başlayanda öz miflərinin fetişləşdirilməsini animizm dərəcəsinə çatdırıblar.

Erməni apostol kilsəsi (Eçmiədzin) erməni diasporunun rəhbərliyi, siyasi elita, ideoloqlar və “tarixçilər” ilə birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Erməni kilsəsi tolerant dünyaya əsrlər boyu bunu təlqin etməyə çalışır ki, xristianlığı dövlət dini kimi ilk dəfə qəbul edən məhz Ermənistan olub. Dünya “hörümçək toru” ermənilərin bəşər tarixində guya “ilk xristian millət” olması barədə məlumatlarla doludur. Hətta Vatikandakı taxçaların birində saxlanılan erməni katolikosu heykəlinin üzərində “301” rəqəmi yazılıb. Hər halda, özlərini tam ciddi şəkildə “tarixçilər” adlandıran erməni mif yaradıcılarının praktiki məqsədini anlamaq çətindir. Bununla belə, fakt faktlığında qalır – onlar ikinci və ya üçüncü olmaq istəmirlər. Yalnız birinci – hətta onların vərdiş etdikləri kimi, tarixi saxtalaşdırmalar bahasına olsa belə.

Ola bilsin ki, erməni müəlliflər “xristianlıq” dedikdə, “sivilizasiya”, “maarif”, “mədəniyyət” və ya başqa ali anlayışları nəzərdə tutur və bununla da erməniləri dünyaya hansısa “yolgöstərən”, “xilaskar” və digər qiyafələrdə təqdim etməyə çalışırlar. Əslində isə, onlar özlərinin nə dərəcədə “sivilizasiyalı” olmalarını 1992-ci ildə Xocalı şəhərində bütün dünyaya nümayiş etdirdilər. Prezident Serj Sarkisyanın etiraf etdiyi kimi, onlar Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətməklə “stereotipləri alt-üst ediblər”. Bu yaxınlarda isə Parisdə, Fransa Milli Assambleyasının binasında 40 nəfər erməni biri qız olmaqla iki gənc azərbaycanlıya hücum çəkərək onları döyüblər. Buna qədər isə, 1914-1922-ci illərdə Şərqi Anadoluda və 1918-1920-ci illərdə Azərbaycanda ermənilər silahlı dəstələr təşkil edərək yerli əhalinin kütləvi şəkildə qətlə yetirilməsi və yüzlərlə yaşayış məntəqəsinin məhv edilməsi yolu ilə özlərinə həyati məkan yaradırdılar. Göründüyü kimi, tarixi faktların xəstə şüur sahibləri tərəfindən qəsdən təhrif edilməsinin həqiqi mənasını anlamaq doğrudan da çətindir.

Lakin məlum olduğu kimi, tarix elmi öz qanunları üzrə inkişaf edir və bu məsələdə çoxdan konsensus əldə olunub. Xristianlığın dövlət dini kimi qəbul edilməsində birincilik heç də etnik haylara mənsub deyildir.

Bəzi tarixçilərin fikrincə, etnik Parfiya sülaləsi Arşakilərdən olan Ermənistan hökmdarı III Tiridat xristianlığı 301-ci ildə Maarifçi Qriqoridən qəbul edib və ona etibar olunmuş əyalətdə xristianlığı rəsmi din elan edib. Lakin Brendan Prinql yazır ki, Aqatangelosun “Ermənilərin tarixi” əsərindən başqa bu informasiyanı təsdiq edən heç bir mənbə yoxdur. Tarix yalnız Aqatangelosun şəhadətinə əsaslanmağa məcburdur, onun səhv etməsi isə tamamilə mümkündür (7). Xüsusən ona görə ki, salnaməçi özünü III Tiridatın xristianlığı qəbul etməsinin “şahidi” adlandırır, hərçənd dəqiq müəyyən edilib ki, o, heç bir halda bu hadisənin şahidi ola bilməzdi. Çünki son tədqiqatlar sübut edib ki, onun əsəri təxminən 450-ci ilə aiddir (8). Bu barədə B.Prinql də yazır. Onu da nəzərə almaq lazımdır ki, həmin əsər təxminən 405-ci ildə erməni əlifbası icad ediləndən sonra bitkin forma kəsb edib (9). Deməli, Aqatangelos heç bir halda təsvir etdiyi hadisələrin müasiri ola bilməzdi.

Göründüyü kimi, Ermənistanın xristianlığı qəbul etməsi barədə ilk və yeganə yazılı mənbə - Aqatangelosun qələminin məhsulu olan “Ermənilərin tarixi” əsəri şifahi tarixin məlumatlarına əsaslanır və həmin mənbə ilə orada təsvir edilən hadisələr arasında zaman intervalı 150 ildən çoxdur (“şahid” üçün bu müddət çox deyilmi?). Belə olan təqdirdə ermənilərin şifahi tarixi elə həmin Efiopiyanın xristian rəvayətləri ilə müqayisədə nə dərəcədə həqiqətə uyğundur? Axı, tarixçilərin çoxunun fikrincə, Efiopiya daha əvvəl yaranmış xristian dövlətidir. Yaxud həmin şifahi tarix Edessa hökmdarı V Abqar ilə İsa peyğəmbər arasında yazışma barədə şəhadətlərdən nə dərəcədə çox həqiqətə uyğundur? (10_.

Tarixçilər çoxdan eyni fikrə gəliblər ki, xristianlığa üz tutan ilk monarx aramidilli Osroyenanın hökmdarı, eramızdan əvvəl 4-cü ildən bizim eranın 7-ci ilinə qədər, sonra isə bizim eranın 13-50-ci illərində hakimiyyətdə olmuş Edessa çarı V Abqardır (Edessalı Abqar, Böyük Abqar, Abqar Ukkama (Qara). Osroyenanın birinci olaraq xristianlığı qəbul etməsi tarixçəsini davam etdirməzdən əvvəl bu çarlığın bütün hökmdarlarının siyahısını xronoloji ardıcıllıqla göstərək:

• Aryu (e.ə. 132-127-ci illər)
• ‘Abdu bar Maz’ur11 (e.ə. 127-120-ci illər)
• Fradhasht bar Gebar’u (e.ə. 120-115-ci illər)
• Bakru I bar Fradhasht (e.ə. 115-112-ci illər)
• Bakru II bar Bakru, təkbaşına hakimiyyət (e.ə. 112-94-cü illər)
• Bakru II bar Bakru və Ma’nu I, birgə hakimiyyət (e.ə. 94-cü il)
• Bakru II bar Bakru və Abgar I Piqa, birgə hakimiyyət (e.ə. 94-92-ci illər)
• Abgar I Piqa, təkbaşına hakimiyyət (e.ə. 92-68-ci illər)
• Abgar II bar Abgar (e.ə. 68-53-cü illər)
• səltənət fasiləsi və ya interregnum (e.ə. 53-52-ci illər)
• Ma`nu II (e.ə. 52-34-cü illər)
• Paqor (e.ə. 34-29-cu illər)
• Abgar III (e.ə. 29-26-cı illər)
• Abgar IV Sumaqa (e.ə. 26-23-cü illər)
• Ma’nu III Saphul (e.ə. 23-4-cü illər)
• Abgar V, Ukkama bar Ma’nu (e.ə. 4-cü-b.e. 7-ci illər)
• Ma`nu IV bar Ma’nu (b.e. 7-13-cü illər)
• Abgar V, Ukkama bar Ma’nu, ikinci dəfə hakimiyyət (b.e.13-50-ci illər)
• Ma’nu V bar Abgar (b.e.50-57-ci illər)
• Ma`nu VI bar Abgar (b.e.57-71-ci illər)
• Abgar VI bar Ma’nu (b.e.71-91-ci illər)
• səltənət fasiləsi və ya interregnum (b.e.91-109-cu illər)12
• Abgar VII bar Ezat (Izates) (b.e.109-116-cı illər)
• səltənət fasiləsi və ya interregnum (116-118-ci illər)
• Yalur (və ya Yalud) və Parthamaspat (Parthian prince, yəni, “Parfiya şahzadəsi”), birgə hakimiyyət (118-122-ci illər)
• Parthamaspat (“Parfiya şahzadəsi”), təkbaşına hakimiyyət (122-123-cü illər)
• Ma`nu VII bar Ezat (123-139-cu illər)
• Ma`nu VIII bar Ma’nu (139-163-cü illər)
• Wa`el bar Sahru (163-165-ci illər)
• Ma`nu VIII bar Ma`nu, (Philorhomaios, yəni, “ermənilərin dostu”), ikinci dəfə hakimiyyət (165-177-ci illər)
• Abgar bar Ma`nu VIII, the Great – yəni, “Böyük” (177-212-ci illər)
• Abgar IX bar Abgar, Severus – yəni, “Zalım” (212-214-cü illər)
• Ma`nu IX bar Abgar (214-240-cı illər)
• Abgar X Frahad bar Ma’nu (240-242-ci illər)

Erkən xristianlığın tarixinə dair ən mühüm iki mənbə - kilsə tarixçisi Kesariyalı Yevsevinin (263-339-cu illər) “Kilsə tarixi” əsəri (“Historia Ecclesiastica”)13 və IV əsrin sonunda, yaxud başqa müəlliflərin fikrincə, 544-cü ildə Edessanın mühasirəsi dövründə yazılmış “Adday doktrinası” adlı sənəd (14) İsa peyğəmbərin müasiri olmuş çar V Abqarın ağır xəstəlikdən, ehtimal ki, lepradan (cüzam) möcüzə sayəsində sağalmasını göstərir (15).

Müəllifi məlum olmayan “Adday doktrinası”nda göstərilir ki, V Abqar Fələstindən qayıdan nümayəndə heyətinin üzvlərindən İsa peyğəmbərin möcüzələr yaratdığını eşidəndən sonra ona məktub yazıb yanına gəlməsini və xəstəlikdən xilas olmaqda kömək etməsini xahiş edir, habelə özünün Edessa iqamətgahında ona sığınacaq təklif edir. Çar öz arxiv rəhbəri, saray rəssamı və kuryeri, bundan əvvəl İsa peyğəmbəri görən və onun möcüzələri barədə hökmdara danışan Ananiyə (Hannan) tapşırır ki, Qüdsə gedib həmin məktubu ünvan sahibinə çatdırsın (16).

İsa peyğəmbər cavab məktubunda bildirir ki, özü gələ bilməyəcək, lakin meracdan sonra özünün 72 həvarisindən birini onun yanına göndərəcəkdir (17). Anani Edessaya qayıdandan sonra həm İsa peyğəmbərin diktə etdiyi cavab məktubunu, həm də onun rəsmini xəstə Abqara çatdırır. “Adday doktrinası”nda qeyd edilir ki, həmin rəsmi İsa peyğəmbərin yanına göndərilən rəssam canlı Məsihə baxaraq öz əli ilə çəkib.

“Adday doktrinası” işıq üzü görəndən xeyli əvvəl Kesariyalı Yevsevi qeyd edib ki, Osroyena arxivində ona V Abqar ilə İsa peyğəmbər arasında yazışmanın həqiqi nüsxələrini göstəriblər və bu yazışma ona o qədər autentik görünüb ki, müəllif həmin məktubları özünün “Historia Ecclesiastica” əsərinə daxil etməyi qərara alıb. Eyni zamanda, o öz əsərində İsa peyğəmbərin V Abqara gətirilmiş rəsmi barədə heç nə yazmır. Portret haqqında ilk dəfə “Adday doktrinası”nda söhbət açılır və bildirilir ki, həmin portreti Anani canlı İsaya baxaraq çəkib və Edessa çarına çatdırıb18. Erməni tarixçisi Moisey Xorenski də “Ermənilərin tarixi” əsərində V Abqar ilə İsa peyğəmbər arasında məktublaşma məsələsini və İsa peyğəmbərin portretinin mövcud olmasını təsdiq edir. O, V əsrin ortalarında yazırdı ki, həmin portret Edessada saxlanılır (19).

İlk dəfə “Adday doktrinası”nda adı çəkilən və sonradan Moisey Xorenskinin də təsdiqlədiyi İsa peyğəmbərin portreti əhvalatı sonralar Edessanın kilsə tarixçisi Edessalı Yevaqriusun (Evagrius of Edessa) (536-600-cü illər) əsərində davam etdirilib. O, ilk dəfə olaraq belə bir fərziyyə irəli sürüb ki, İsa peyğəmbərin rəsmi insan əli ilə deyil, “Allahın əli” ilə yaradılıb (20).

Kilsə rəvayətlərinə görə, V Abqarın elçisi Anani möcüzələr yaradan İsanın portretini çəkmək üçün ona diqqətlə baxmaq istəyib, lakin heç nə alınmayıb. Ananinin çətinlik çəkdiyini görən İsa kətan parçanı götürüb suda isladır və öz üzünə yapışdırır. Orta əsrlər ilahiyyatçısı və filosofu Yohan Damaskin yazır ki, bundan sonra İsanın obrazı həmin kətanda əks olunub (21). Başqa mənbələrə görə, İsa peyğəmbər üzünü su ilə yuyur, dəsmalla silir və sonra həmin dəsmalı Edessa elçisinə verir. Anani qayıdandan sonra “mandilion” adlanan həmin parçanı çara təqdim edir, çar da bu parçaya toxunan kimi sağalır (22).

Lakin V Abqarın sağalması əhvalatı “Adday doktrinası”nda bir qədər fərqli təqdim edilir. Yuxarıda qeyd olunduğu kimi, İsa peyğəmbər cavab məktubunda vəd edib ki, meracdan sonra öz həvarilərindən birini V Abqarın yanına göndərəcək. Bu, fələstinli missioner Edessalı Adday (müqəddəs Faddey, Thaddeus of Edessa) idi. İsanın vəsiyyətinə əsasən Apostol Foma (Thomas the Apostle) tərəfindən Edessa çarının yanına göndərilmiş Adday sadəcə əlini toxundurmaqla onu xəstəlikdən xilas edir (23). Kesariyalı Yevsevi də bu barədə yazır24. O, qeyd edir ki, həmin hadisə 340-cı ildə baş verib (Sələvi təqviminin 340-cı ili K.Şmidtə görə, bizim eranın 29-cu ilinə, digərlərinin fikrincə isə, bizim eranın 30-cu, 31-ci, hətta 32-ci ilinə müvafiqdir). İsanın təsvir edildiyi mandilionun Adday tərəfindən V Abqara təqdim edilməsi haqqında X əsr ikonası da “Adday doktrinası”na və Kesariyalı Yevsevinin əsərinə ziddir, çünki bu sənəddə parçanın çara Adday tərəfindən deyil, Anani tərəfindən çatdırılmasından söhbət gedir.

Bəzi mənbələrdə göstərilir ki, “V Abqarın əmri ilə müqəddəs ubrus (parça) çürüməyən ağacdan hazırlanan taxtaya yapışdırılmış, bəzədilmiş və şəhər darvazasının üstündə əvvəllər orada olan bütün yerinə qoyulmuşdu. Hər kəs şəhərin yeni səmavi himayədarı kimi İsanın “möcüzəli” obrazı qarşısında təzim etməli idi” (25). Lakin “Adday doktrinası”nda “Spas Nerukotvornı” rəsminin məhz harada asılması konkret göstərilmir. Yalnız “saraylardan biri” barədə danışılır (26).

Hər halda, əksər mənbələr bu fikri təsdiqləyir ki, V Qara Abqar xristianlığı şəxsən qəbul edib27 və İsanın davamçısı Edessalı Addaya icazə verib ki, xristianlığı Osroyenada yaysın. Beləliklə, o, tarixdə ilk xristian monarx olub və bu dini rəsmi dinə çevirib.

Adday ölümündən əvvəl şagirdi, mərasim paltarları tikən usta Aqqayı özünün davamçısı təyin edib, lakin V Abqarın ölümü və onun oğlu V Manu bar Abqarın hakimiyyətə gəlməsi (50-57-ci illər) dövlətdə ab-havanı dəyişir. Manu bütlərə sitayişə qayıdır və Aqqaya əmr edir ki, öz moizələrinə son qoyub, dərziliyi ilə məşğul olsun. Aqqay imtina edir və buna görə edam olunur (28).

1166-1199-cu illərdə Suriya pravoslav kilsəsinin patriarxı olmuş Suriyalı Mixail “Xronika” əsərində V Abqarı “İsanın dostu” (“Abgar, l’ami du Christ”) adlandırır (29). İngilis şərqşünası, Sankt-Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü Uilyam Kyurton V Abqarı “Edessanın birinci xristian çarı” adlandırır (30).

Osroyenanın birinci xristian dövləti olması barədə öz əsərində yazan Şarlot Alenin fikrincə, Edessada (Osroyena dövlətinin paytaxtı) xristianlığın qəbul edilməsi məcburi deyil, əqidəyə görə olub. Ş.Alen tarixçi Samuel Moffetə istinad edir. S.Moffet sual edir: Bütün bu əhvalatda hansı məqam həqiqətə oxşayır? Alenin fikrincə, S.Moffet belə hesab edir ki, bizim eranın I əsrində Edessada xristian missionerliyi tamamilə mümkün idi. Bu da istisna olunmur ki, missionerləri buraya göndərən Foma olub. Lakin S.Moffet Edessa çarı V Abqarın xristianlığı qəbul etməsi faktını ağlabatan saymır, hərçənd öz skeptisizminin səbəbini də izah etmir. Lakin Alen yazır ki, S.Moffet yüz ildən sonra Osroyena çarının varisinin həqiqətən tarixdə ilk xristian hökmdar ola biləcəyinə şübhə etmir (31). Şarlot Alen bir qədər sonra yazır: “Tarixçi Moffetin fikrincə, onun [VIII Abqarın – qeyd bizimdir] xristian dininə mənsub olmasını göstərən tutarlı dəlillər vardır və bu, birmənalı olaraq onu birinci xristian çarına çevirir” (32).

Hətta S.Moffet kimi skeptik də Osroyenanın tarixdə ilk xristian dövləti olmasını etiraf etməyə məcburdur: “Suriya [tarixşünaslıq] ənənələri Edessanı tarixdə ilk xristian dövləti olan Osroyenanın paytaxtı rolunda görür. Bəlkə də bu həqiqətdir, lakin Yevsevinin təkrarladığı rəvayətdə bəhs edildiyi kimi, xristianlığın Qara Abqar dövründə qəbul edilməsi şübhə doğurur” (33).

Digər tarixçilərin skeptisizmi V Abqar ilə İsa peyğəmbər arasında yazışmanın saxta olmasının mümkünlüyü və bu məktubların Kesariyalı Yevsevi tərəfindən aşkar edilməsindən və ona mötəbər sənəd təsiri bağışlamasından bir qədər əvvəl Edessa arxivinə qoyulması barədə şübhəyə əsaslanır. 494-495-ci illərdə Roma Şurası İsanın məktubunun saxta olmasını elan edib, lakin müxtəlif dövrlərdə Tillemont (Tillemont), Velte (Welte), Pink (Pinck), Fillips (Phillips) və Kyurton (Cureton) kimi ilahiyyatçı və tarixçilər həmin məktubların həqiqiliyini sübut etməyə cəhd göstəriblər.

Hər halda, əfsanə var, o, bir neçə mənbədə öz əksini tapıb və bu günə qədər heç kəs onu təkzib və ya sübut edə bilməyib. Buna görə də həmin əfsanənin mövcud olması və tarixi mənbə qismində istifadə edilməsi üçün əsas heç də Aqatangelosun “Ermənilərin tarixi” əsərindən az deyildir. Onun əsərinin həqiqiliyi III Tiridatın edessalı sələfi V Abqar tərəfindən xristianlığın qəbul edilməsinə dair mənbələrin mötəbərliyindən heç də çox deyildir.

Elə həmin S.Moffet Osroyenada xristianların çox rahat yaşadığını qeyd edərək yazır: “Üstəlik, Roma xristianları təqib etdiyi vaxtda Osroyena parfiyalıların dini tolerantlıq siyasətinin parlaq nümunəsi idi. Həqiqətdə Abqarı “Romanın dostu” yox, xristianların dostu adlandırmaq daha düzgün olar. Bəlkə də o, dostdan da artıq idi. Elə dəlillər var ki, onlar çarın özünün xristian olmasına tarixçilərin hamısını olmasa da, bəzilərini inandırıb. Məsələn, belə bir fakt şübhə doğurmur ki, onun hakimiyyəti dövründə Edessada kilsə xeyli tərəqqi etmişdi və memarlıq baxımından ilk dəfə gözə çarpmaq üçün özünü kifayət qədər yaxşı hiss edirdi” (34).

Uilyam Smit 1877-ci ildə nəşr edilmiş “Lüğət”də bizanslı xronoqraf Georgi Sinkellin (Georgius Syncellus) sitat gətirdiyi xristian xronoqrafiyasının banisi və VIII Abqarın müasiri Sekstus Yulius Afrikanusun (Sextus Julius Africanus) şəhadətinə istinadla yazır ki, VIII Abqar (177-212-ci illər) xristian olub (35).

Kesariyalı Yevsevinin “Kilsə tarixi” əsərini 1890-cı ildə ingilis dilinə tərcümə etmiş amerikalı ilahiyyatçı Artur MakQiffert göstərir ki, II əsrin ikinci yarısında “Edessanın xristian çarı Abqarın sarayında suriyalı qnostik Bardesanes özünə sığınacaq tapmışdı və tamamilə dəqiqdir ki, bu regionda xristianlıq xeyli əvvəl bərqərar olub” (36).

1894-cü ildə Samuel Çetham Osroyenanı ilk xristian dövləti adlandırıb: “Nəzərlərimizi Şərqə yönəltsək görürük ki, kilsə ilk dəfə Osroyenanın paytaxtı Edessada taxt-taca sahib olub”. Bununla əlaqədar o yazır ki, V Abqar ilə İsa peyğəmbər arasında yazışma “şübhəsiz, saxtakarlıq kimi rədd edilməlidir”, lakin elə oradaca əlavə edir ki, “165-ci ildə çarlardan biri – Abqar bar Manu həqiqətən xristianlığa üz tutub” (37). Ola bilsin ki, bu sitatda səhv var, çünki məlumdur ki, çar VIII Abqar bar Manu 177-212-ci illərdə (başqa mənbələrə görə 176-213-cü illərdə) hakimiyyətdə olub. 165-ci il hakimiyyətin Vayel bar Saxrudan çar VIII Manu bar Manuya keçdiyi ildir. Lakin maraqlıdır ki, müəllif Roma Ermənistanında ilk kilsələri III əsrə, yəni, Edessada VIII Abqarın hakimiyyətindən sonrakı dövrə aid edir. Gördüyümüz kimi, hətta skeptiklər də Osroyenanı ilk xristian dövləti adlandırırlar (38).

Onların sırasına Çethamdan başqa şotlandiyalı ilahiyyatçı Ceyms Hastinq də aiddir. O, 1906-cı ildə nəşr edilmiş “İsanın lüğəti və həyatı” əsərində yazırdı: “Belə güman etmək olar ki, sənədlər Yevsevi onlardan istifadə edəndən əvvəl saxtalaşdırılıb. Lakin xristianlıq Osroyenada həqiqətən eramızın II əsrində qəbul edilib. Xristianlığa üstünlük verən ilk çar VIII Abqar (bar Manu) 176-213-cü illərdə hakimiyyətdə olub və qnostik alim Bardesanes ilə sıx əlaqə saxlayıb. Edessada Qüds məbədinə oxşar formada tikilmiş xristian kilsəsi 202-ci ilə qədər mövcud olub. Edessa xronikasına görə həmin kilsə VI əsrin ortalarında daşqın nəticəsində dağılıb” (39).

Alman tarixçisi və ilahiyyatçısı Adolf fon Harnak 1905-ci ildə yazırdı: “... Şübhə yoxdur ki, xristianlıq hələ 190-cı ilə qədər bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılırdı və kilsəni (yəni, xristianlığı) çar sarayı da (201-ci ildən az sonra və bəlkə daha əvvəl) qəbul etmişdi” (40).

Adolf fon Harnakın kitabı çapdan çıxandan bir il sonra Corc Mid yazırdı: “Bardesanes öz dostu və himayədarı çarı nəinki tezliklə xristiana döndərmiş, hətta Abqarı sövq etmişdi ki, xristianlığı dövlət dininə çevirsin. Bu, ilk xristian dövlətinin yaradılmasında Bardesanesin müəyyən rolu və xidməti olduğunu göstərir” (41).

Herbert Lokyer yazır ki, Edessa çarı VIII Abqar bar Manu xristianlığı Osroyenanın dövlət dininə çevirdi (42). Samuel Adşed isə öz növbəsində yazır ki, bunu IX Abqar edib: “IX Abqarın dövründə Osroyena ilk xristian dövləti oldu, 200-cü ildən 224-cü ilə qədər Adiabendə yepiskopların və deməli, həm də xristian icmalarının sayı artaraq iyirmini ötmüşdü. Midiya, Parfiya və Baktriyada da xristianlıq özəkləri yaranmışdı” (43).

S.Adşed hətta güman edir ki, xristianlığa rəğbət bəsləyən “Ərəb” Filip xristianlığı Konstantindən xeyli əvvəl qəbul etmiş ilk Roma imperatoru ola bilərdi (hərçənd, tarixçilər bu haqda yekdil fikrə gəlməyiblər).

Çox güman ki, bu müəllif Edessa çarının adında səhvə yol verir, çünki həqiqətən tarixçilərin çoxu VIII Abqarı onun varisi IX Abqarla səhv salırdılar (44). C.B.Seqal öz əsərində bu səhvə diqqət yetirərək qeyd edirdi ki, Bellinger və Velles həmin səhvi hələ 1935-ci ildə aşkar ediblər (45). 1913-cü ildə çapdan çıxmış “Katolik ensiklopediyası”nın müəllifləri, az sonra isə alman alimi Valter Bauer də IX Abqarın Edessanın 206-cı ildə (?) xristianlığı qəbul etmiş ilk çarı olduğunu yazırlar (46).

Yəqin V.Bauerin məqsədi buna inandırmaq idi ki, ilk xristian çar V Abqar deyil, III əsrin əvvəlində yaşamış Edessa filosofu, ilahiyyatçı və şair Bardesanesin müasiri çar “IX Abqar” olub (47). Hərçənd məlumdur ki, həmin ildə taxt-tacda hələ VIII Abqar əyləşmişdi. Lakin bizim üçün vacib olanı budur ki, müəlliflər Edessada xristianlığın hələ bizim eranın II və III əsrlərinin qovuşuğunda, yəni, Ermənistanda xristianlığın qəbul edilməsindən 100 il əvvəl rəsmi dinə çevrildiyini etiraf edirlər (48).

İrfan Şahid VIII Abqarın xristianlığı qəbul etmiş Ön Şərq dövlətinin ilk hökmdarı olduğunu yazır (49). Corc Yana (Bebla) Samuel Moffetin “Asiyada xristianlığın tarixi” kitabının ikinci cildinin icmalında Edessanı “birinci əsrdə xristianlığın pioneri” adlandırır (50).

Yuxarıda adını çəkdiyimiz Sekstus Yulius Afrikanus (Sextus Julius Africanus) 195-ci ildə Roma imperatoru Septimus Severus ilə birlikdə Edessaya gedib (51), bundan sonra çarı “ερν ανδρα”, yəni, “müqəddəs insan” adlandırıb (52). S.Moffet yazır ki, salnaməçi həmin “müqəddəs insan”ın xristian olub-olmadığını dəqiqləşdirməyib, “lakin romalı tarixçi üçün bu, Edessa hökmdarı haqqında qeyri-adi remarka (izahat – qeyd R.M.) idi” (53). Həqiqətən, xristian xronoqrafın xristian olmayan şəxsi “müqəddəs” adlandırmasını təsəvvür etmək çətindir. S.Ross da hesab edir ki, Abqarın “ερν ανδρα” kimi səciyyələndirilməsi hökmdarın xristianlığa üz tutması barədə fikrin xeyrinə olan arqumentdir (54).

Bundan əlavə, S.Moffet xatırladır ki, yuxarıda adını çəkdiyimiz Bardesanes VIII Abqar tərəfindən bəzi sərt bütpərəstlik ənənələrinin, məsələn, şəxsin öz-özünü emaskulyasiya etməsinin (kişilərin axtalanmasının – qeyd R.M.) qadağan edilməsini onun xristian dininə mənsub olması ilə bağlayırdı. Bu isə belə bir fikri bir daha təsdiq edir ki, Abqar xristian olub (55). Məlum olduğu kimi, Bardesanes “Ölkələrin qanunlar kitabı”nın (“Book of the Laws of the Countries”) 45-ci fəslində yazırdı: “Suriyada və Urxayda kişilər Taratanın şərəfinə özlərini emaskulyasiya edirdilər (56). Lakin çar Abqar xristian olandan sonra özünü emaskulyasiya edən hər kəsin əllərini kəsməyi əmr etdi. O vaxtdan bu günə qədər Urxayda daha heç kəs özünü emaskulyasiya etmir” (57). S.Moffet kilsələrin tikilməsi barədə tarixdə ilk sənədli məlumatı da Edessa və VIII Abqarın hakimiyyəti dövrü ilə bağlayır (58).

Tarixçi C.Seqal yazır: “III əsrin əvvəlində Edessanın əsas məhəlləsində kilsə vardı, hərçənd, ola bilsin ki, əhalinin əksəriyyəti hələ bütpərəst olaraq qalırdı. Lakin bir əsrdən sonra xristianlıq bu şəhərdə nəinki hakim etiqada çevrildi, hətta İncilin yayılması tarixi xristian dünyasında çox populyar oldu. Edessa xristianlığı rəsmi din kimi qəbul etmiş ilk çarlıq sayılır” (59).

Xristianlığın yerli mədəniyyətə sirayət etdiyi Edessada 198-ci ildə Xristian Şurası (Sinod) keçirildi (60). Bu barədə öz əsərində Kesariyalı Yevsevi yazır (61). Hakimiyyət tərəfindən dəstək olmasaydı, Şura çətin ki, baş tutardı. Bəzi tarixçilər qeyd edirlər ki, Sinod bir il əvvəl, 197-ci ildə keçirilib. Görünür, onlar Ceromun versiyasında “Xronolologiya”ya istinad edirlər. Orada Septimus Severusun hakimiyyətinin 4-cü ilində (196-197) sinodların tərtib etdiyi yazılı qərarlardan söhbət açılır (62).

Celyet Feyf Edessanın “ilkin xristianlığın tez bir zamanda yayıldığı və çarlığın rəsmi dini kimi tanındığı” (63) Abqarlar sülaləsinin vətəni olduğunu yazır. Mark Quskin də öz əsərində yazır ki, əksər tarixçilər VIII Abqarı Edessanın ilk xristian çarı hesab edirlər. Müəllif V Abqarın İsa peyğəmbər ilə yazışmasını ağlabatan hesab etmir, lakin üzərində VIII Abqarın tiarasında (yəni, baş örtüyündə – tacında – qeyd R.M.) xaç olan rəsmi təsvir olunmuş sikkələri qeyd edir. Onun fikrincə bu, VIII Abqarın xristianlığı qəbul etməsinə dəlalət edir (64). Bloqosferada üzərində VIII Abqarın təsviri olan sikkənin şəkli verilir. Hökmdar əlində şahlıq əsası tutub (65). C.Seqal da VIII Abqarın sikkələr üzərində tiara və diadema ilə təsvirini qeyd edir (66).

S.Ross yazır: “[Edessanın] sonrakı (V Abqarın İsa peyğəmbər ilə yazışması rəvayətindən sonra – qeyd R.M.) identikliyinin əsas amili onun Mesopotamiya xristianlığının mərkəzi – “ilk xristian dövləti” və ya “müqəddəs şəhər” kimi şöhrət tapması oldu. Məhz bu amil Edessanın adını və statusunu Bizans imperiyasının kontekstində və onun hüdudlarından kənarda qoruyub saxladı”. S.Ross VIII Abqarın xristianlığı qəbul etməsi versiyasına şübhə ilə yanaşır. Fikrini onunla əsaslandırır ki, ortada olan yalnız dolayı şübhələrdir, birbaşa sübutlar isə yoxdur. Onun fikrincə, məxəzlərdə əksini tapmış yalnız iki tarixi faktdan tam qətiyyətlə danışmaq olar – 201-ci il daşqınından ziyan çəkmiş xristian kilsəsinin və Abersiusun ölkə boyu səyahəti zamanı rastlaşdığı xristian icmalarının mövcudluğundan. Bununla belə, müəllif hesab edir ki, xristianlıq Edessaya II əsrin ikinci yarısından gec olmayaraq gəlib çatmışdı (67).

Beləliklə, Ermənistan heç bir vəchlə tarixdə ilk xristian dövləti ola bilməzdi. Moisey Xorenski əsərində özü etiraf edir ki, bildiyimiz kimi, VIII Abqarın xristianlığı qəbul etməsində əsas rol oynamış Bardesanes “bu vəhşi bütpərəst xalqın içindən şagirdlər tapmaq ümidi ilə” Ermənistanda da olmuş, “lakin onu orada qəbul etmədiklərindən Ani qalasına yollanmış, burada məbədlərin tarixini oxumuşdur…” (68).

Erməni “tarixçilər” açıq-aşkar saxtakarlıq edərək Edessanın xristianlığı birinci qəbul etməsinin əhəmiyyətini kiçiltməyə çalışırlar: onların bəziləri iddia edirlər ki, Osroyenanın xristianlığı dövlət dini kimi qəbul etməsi, necə deyərlər, “sayılmır”, çünki o vaxt guya o, müstəqil deyildi və hələ (yaxud artıq) dövlətçiliyi yox idi. Bu uydurmaları əsaslandırmaq üçün onlar Osroyenanın Ermənistanın tərkibində göstərildiyi xəritə nəşr edir, sonra isə özləri özlərinə istinad edirlər. Lakin onlar Osroyenanın Böyük Tiqran tərəfindən bundan çox-çox əvvəl və yalnız qısa bir müddətə ələ keçirildiyini, xristianlığın qəbul edilməsi zamanı isə Edessa hökmdarlarının artıq müstəqil siyasət yürütdüklərini dilə gətirmirlər.

Vorvik Bol yazır ki, Osroyena e.ə. I əsrdə artıq Ermənistanın bir hissəsi deyildi. E.ə. 69-cu ildə Lutsi Litsini Lukullun II Tiqrana qarşı apardığı müharibədə I Abqar Pika romalılar tərəfindən öldürüləndən sonra Moisey Xorenskinin “Ermənistan” adlandırdığı Edessa iki hissəyə bölünür – Edessa və Ermənistan. Həmin vaxtdan Edessanın tarixi Ermənistandan ayrı inkişaf edir (69). Eyni zamanda, müəllif VIII Abqarın 204-cü ildə Romaya səfərini “dövlət səfəri” (!) və “son 150 ildə Romanın gördüyü ən təmtəraqlı səfər” adlandırır ki, bu da Edessanın müstəqil xəttini göstərir. V.Bol buradaca qeyd edir ki, Böyük Abqar öz təmtərağı və ambisiyalı inşaat proqramı (xüsusilə 201-ci ildə baş verən dağıdıcı daşqından sonra) ilə deyil, daha çox xristianlığa üz tutması ilə yadda qalıb. Müəllif etiraf edir: “Əgər bu, doğrudursa, onda onun çarlığı dünyada ilk xristian dövlətdir” (70). Daha sonra o, VIII Abqarı “Edessanın böyük xristian monarxı” adlandırır (71).

Vorvik Bol, həmçinin tarixdə hansı dövlətin xristianlığı birinci qəbul etməsi məsələsinin siyasiləşdirilməsinə işarə edir. Birinciliyə yiyələnmək uğrunda ermənilərin Romadan daha çox qısqanclıq azarına düçar olduqlarını ağlına belə gətirməyən V.Bol yazır: “Beləliklə, məhz Böyük Abqar (VIII – qeyd R.M.) dünyada ilk xristian monarxı, Edessa isə ilk xristian dövləti roluna iddia edir. Ən başlıcası isə odur ki, bununla Romanın özünün xristianlığı qəbul etməsi üçün mühüm presedent yaranmışdı. İstisna deyil ki, V Abqarın və VIII Abqarın xristianlığı qəbul etmək tarixçəsi yalan ola bilərdi; Qərbdə bu, şübhə altına alınmışdı (çox güman, birinciliyi Roma və Müqəddəs Pyotrdan almaq istəmədiklərinə görə). Həmin əhvalat doğru idi ya yox, əsas odur ki, Edessa həqiqətən ilkin xristianlığın ən mühüm mərkəzinə çevrildi” (72).

C.Seqal adını çəkdiyimiz əsərində yazır ki, Edessa VIII Abqarın ölümündən sonra müstəqilliyini itirərək Roma imperiyasının müstəmləkəsi oldu. Həmin vaxt taxt-tacda onun varisi olan IX Abqar Severus Romaya dostluq səfərinə dəvət olundu, orada gözlənilmədən yaxalandı və təbəələri ilə pis rəftar etməkdə ittiham olunaraq devrildi. Müəllif yazır ki, Edessa 213-214-cü illərdə, çox ehtimal 214-cü ilin yanvarında Roma imperiyasının müstəmləkəsi oldu73. Beləliklə, bu dövlət xristianlığı rəsmi din kimi qəbul etdiyi zaman hələ müstəqil idi.

Bu halda “tarixçi” qiyafəsinə bürünən erməni təbliğatçıları nəzərə almırlar ki, onların arqumenti özlərini vurur. Axı, dəqiq məlumdur ki, Osroyena xristianlığı qəbul edən zaman Ermənistan növbə ilə gah Romanın, gah da Parfiyanın vassal ərazisi idi, hakimiyyətdə olan Parfiya Arşakilər sülaləsinin isə hay etnosuna qətiyyən aidiyyəti yox idi. Aqatangelosun şəhadətinə görə xristianlığı qəbul edən erməni hökmdarı III Tiridat hakimiyyətdə olduğu dövrdə Roma imperiyasının vassalı (client king) olaraq qalırdı və onun statusu edessalı həmkarının statusundan heç nə ilə fərqlənmirdi.

Bu təhriflərdən savayı, həmin “tarixçilər” Osroyenanın xristianlığı birinci qəbul etməsinin əhəmiyyətini V Abqarın (VIII Manu) İsa peyğəmbərlə yazışması haqqında apokrifik (müəllifi təsdiq olunmayan əsər – qeyd R.M.) əfsanə ilə bağlı olması səbəbindən hər vəchlə azaltmağa çalışırlar. Edessa çarının kiminlə yazışmasından və xristianlığı şəxsən qəbul etməsinin əsl səbəblərindən asılı olmayaraq, fakt faktlığında qalır – xristianlıq ermənilərdən bir əsrdən də xeyli qabaq məhz Osroyenada rəsmi din olub.

Onilliklər ərzində qurulan saxtalaşdırılmış kağız evciyin dağıldığını və Osroyenanın birinci olaraq xristianlığı qəbul etməsinin təkzibolunmaz fakta çevrildiyini anlayan yalançı erməni tarixçiləri orijinal gedişə əl atdılar – VIII Abqarı… “erməni” çarı, yəni, etnik “hay” elan etdilər. Həm də özlərini o dərəcədə dolaşdırdılar ki, Edessa çarını “erməniləşdirəndən” sonra xristianlığın birinci olaraq qəbul edilməsi tarixini II-III əsrlərə çəkməyə risk etmədilər, əvvəlki kimi 301-ci il tarixində qaldılar. Hər ehtimala qarşı, işdir-şayəd, çar VIII Abqarın “özəlləşdirilməsi” baş tutmasa. Doğrudan da, əgər VIII Abqar “erməni” çarıdırsa, onda məqam düşən kimi öz tarixlərini qədimləşdirməkdə ad çıxaran ermənilər niyə bu dəfə bundan vaz keçdilər və 301-ci il tarixi ətrafında “barrikada” qurmaq qərarına gəldilər?

Məsələ burasındadır, ermənilərin özləri də başa düşürlər ki, VIII Abqarın guya “hay” çarı olmasını iddia etmək tamamilə absurddur. Osroyenanın həm əhalisi, həm də hakim sülaləsi aramidilli idi. Arameylər vətənləri Ərəbistan yarımadası olan köçəri semit tayfaları idi. Onların adları ilk dəfə e.ə. 3-cü minilliyin ortalarından çəkilir. E.ə. 14-cü əsrdə arameylər Suriya səhrasına və orta Fərata ayaq basdılar. Eramızdan əvvəl 12-11-ci əsrlərin qovuşuğunda az qala bütün Ön Asiyanı bürüyən arameylər bir sıra yerlərdə (məsələn, İordan çayının şərqində) oturaq əhaliyə çevrildilər. Arami dili semit dillərindən biridir. Eramızın əvvəlində o, Ön Asiyanın əsas danışıq dili idi. Müasir assuriyalılar (aysorlar) arameylər nəslindəndir (74).

Osroyenanın çar sülaləsinin kökləri Şimali Ərəbistandan olan köçəri orxoye nabatey tayfasına gedib çıxırdı. Odur ki, ermənilərə heç bir aidiyyəti yox idi. Korneli Tasid öz “Annallar”ında Abqarı “ərəblərin çarı” və “ərəb” adlandırır, bununla da aydın göstərir ki, Edessa və Ermənistan müxtəlif dövlətlər idi (75). Osroyenada hakim elitanın aramey köklərindən F.K.Barkitin (76) və V.Bolun (77) əsərlərində müfəssəl danışılır. İndi mən onlardan ətraflı sitatlar gətirməyəcəyəm. Ancaq dəqiq məlumdur ki, hətta Ermənistan çarlarının da hay etnosu ilə genetik əlaqəsi olmayıb. Erməni tarixçilər bu faktı, eləcə də onların kumiri çar II Tiqranın yarıparfiyalı olmasını, xəritəsi bugünkü Ermənistanda çox populyar olan dövlətində isə hay etnik elementinin azlıqda qalmasını izah etmək üçün nəsə fikirləşib tapsaydılar, pis olmazdı.

Maraqlıdır ki, Uilyam Smit hələ ilkin xristianlıq (!) dövrünə aid erməni saxtakarlıqlarına diqqət yetirmişdir. İsa peyğəmbər ilə V Abqar arasında yazışmadan danışarkən o, üstündə müəllif qeydləri olan məktubların yer aldığı erməni salnamələrinə istinad edir. Həmin qeydlərdə erməni tarixçilər Abqarı “Ermənistan çarı” adlandırırlar. U.Smit hiddətlənir: “Yalnız coğrafiya üzərində zorakılıqdan sonra Abqarın torpaqlarını Ermənistanın hüdudlarına daxil etmək olar. İstənilən halda yazışma onun ölkəsinin kilsə tarixinin yox, çarın şəxsi bioqrafiyasının bir hissəsidir” (78). O, həmçinin Moisey Xorenskini öz əsərində “Abqar haqqında digər son dərəcə qeyri-səhih mülahizələrlə yanaşı”, monarxı “Ermənistan çarı” adlandırdığına görə tənqid edir. U.Smitin fikrincə, bu, “tarixi saxtakarlığın yeni elementidir” (79).

Edessa sakinlərinin və hayların tamamilə müxtəlif etnoslar olması “The Christians: Their First Two Thousand Years” kitabının ikinci cildində qeyd olunur. Orada deyilir ki, Roma IX Abqarı devirib Edessanı öz müstəmləkəsinə çevirdikdən sonra əvvəlki kimi, “ərəblərə” (göründüyü kimi, aramidilli nabateyləri Romada məhz ərəb kimi qəbul edirdilər) etibarı olmadığını nümayiş etdirmək istəyirdi. Romalıların etibar etdikləri isə Mesopotamiyada üçüncü bufer dövlətin xalqı – ermənilər idi (80). Beləliklə, vurğulanır ki, Osroyenanın və Ermənistanın əhalisi etnik cəhətdən müxtəlif idi. Yeri gəlmişkən, elə həmin kitabda Osroyenanın tarixdə ilk xristian dövləti olması bir daha təsdiqini tapır. Müəllif birmənalı olaraq ərəb (!) sülaləsinə aid etdiyi V Qara Abqara İsa peyğəmbərin məktubundan bəhs edərək yazır: “Osroyena etiqadın gəldiyi ilk yer idi” (81). Müəllif daha sonra yada salır ki, “Adday doktrinası” V Abqarın şəfa tapmasından, xristianlığı qəbul etməsindən və Osroyenanın ilk xristian çarlığına çevrilməsindən söz açır. Özü də yuxarıda qeyd edildiyi kimi, əhalinin yeni dinə keçməsi məcburi deyil, əqidəyə görə baş verirdi (82).

Kembric Universitetinin qədim tarix nəşrinin müəllifləri Edessanı və onun hakim sülaləsini ərəblərə aid edirlər (83).

Osroyenanın xristianlığı birinci qəbul etməsinin əhəmiyyətini cüzi də olsa azaltmağa çalışan yalançı erməni tarixçiləri, hətta “öz” hökmdarlarını (diqqətlə öyrənildikdə erməni etnik mənşəyi olmayan) Edessa çarlarının sırasına qatmaq kimi qeyri-tarixi metodlara əl atırlar. Ümid edirlər ki, bəlkə bu yolla xristianlığı ilk dəfə rəsmi din kimi qəbul etmiş sülaləni “erməniləşdirmək” mümkün oldu. Məsələn, Osroyena hökmdarlarının Seqalın əsərində göstərilən siyahısını Vikipediya kimi qeyri-elmi mənbədəki siyahı ilə müqayisə edəndə belə bir fərq nəzərə çarpır: 91-109-cu illər alimin əsərində səltənət fasiləsi (interregnum) kimi qeyd olunur, ancaq Vikipediyanın erməni redaktorları dərhal bu qeyri-müəyyənlikdən həmin səltənət fasiləsinə “öz” hökmdarları saydıqları Sanatruku “soxuşdurmaq” üçün istifadə etmişlər (bax: https://azvision.az/redirect.php?url=http://en.wikipedia.org/wiki/Osroene). Hiperistinada əsasən “Sanatruk” (https://azvision.az/redirect.php?url=http://en.wikipedia.org/wiki/Sanatruk) səhifəsini açırıq. Orada cəmi iki (!) istinad var. Biri elə erməni müəllifin əsərinə (yəni, özlərinə), ikincisi isə diqqətlə tanış olduqda Sanatrukun Edessanı idarə etməsi haqqında heç bir söz deyilməyən İranica ensiklopediyasına istinaddır (https://azvision.az/redirect.php?url=http://www.iranicaonline.org/articles/armenia-ii).

Maraqlıdır ki, Vikipediyanın həmin səhifəsində 110-cu ildə Ermənistan taxt-tacının Atropatena canişini, sonradan Parfiya hökmdarı II Pakorun (78-110-cu illər) iki oğlundan birinə – parfiyalı Aksidara (Ekssdara) keçməsi etiraf edilir. II Pakor digər iki Parfiya hökmdarı – I Vologezin və Xozroyun, həm də Ermənistan çarı, yunan-parfiyalı I Tiridatın qardaşı idi. İndi nə olsun? Məgər bu bizə yalançı erməni tarixçilərinin məntiqindən istifadə edərək erməni xalqının bütün sonrakı tarixinin sırf atropatenalıların, deməli, azərbaycanlıların genetik əcdadlarının xidməti olduğunu bəyan etməyə əsas verirmi? Axı, hətta Sanatrukun səltənət fasiləsi dövründə müəyyən təsir qüvvəsinə malik olduğunu fərz etsək belə, xristianlıq yuxarıda göstərilən kimi, hər iki dəfə bilavasitə Osroyena sülaləsi Abqarların nümayəndələri tərəfindən qəbul edilib. Etnik ermənilərin bu sülaləyə və əslində Sanatrukun özünə də heç bir aidiyyəti yox idi!

Sanatruk yalnız Ermənistana oyuncaq hökmdar təyin edildiyinə görə şərti olaraq “erməni” hökmdarı adlandırılırdı (müxtəlif illərdə Ermənistanın canişini təyin edilmiş yunan-parfiyalı I Tiridat, eləcə də II Pakorun oğlanları – parfiyalı Aksidar və Partamaziris də “erməni” hökmdarları adlandırılırdılar). Bununla bərabər, o özü Parfiya Arşakilər sülaləsinə mənsub idi. Yəni, mənşə etibarilə nə Sanatruk, nə I Tiridat sözün müasir anlamında erməni olmayıblar. Salnaməçi Moisey Xorenski qeyd edir ki, Sanatruk, bildiyimiz kimi, tamam başqa soykökündən olan V Abqarın84 bacısı oğlu idi. Tarixçinin yazdığına görə, V Abqarın bacısı parfiyalı ərindən müəyyən dövriliklə gah romalıların, gah da parfiyalıların itaətində olan Ermənistanın və müvəqqəti olaraq müstəqilliyini itirmiş (Parfiyanın xeyrinə) Edessanın gələcək hökmdarını dünyaya gətirə bilərdi. Ehtimal var ki, Sanatrukun atası I Tiridat ola bilərdi, lakin bunun birbaşa sübutu tapılmayıb. Bundan başqa, Sanatrukun həqiqətən erməni taxt-tacında I Tiridatı əvəz etməsini də sübuta yetirən heç bir fakt yoxdur.

Bir də ki Sanatruk tarixə xristianlığın qatı düşməni kimi düşüb. Hələ uşaq ikən anası Avde (V Abqarın bacısı) tərəfindən Edessadan Ermənistana aparılan Sanatruk Edessaya qədəm qoyanda şəhər sakinlərinə xristianları təqib etməyəcəyini vəd etdi, lakin sözünə dönük çıxdı. Sanatrukun əmri ilə apostollar Faddey və Varfolomey, həmçinin onun öz qızı xristian Sanduxa əzabla öldürüldülər. Xristianlarla bərabər, Sanatruk Abqarın nəslindən olan bütün kişiləri qırdı.

Erməni təbliğatçılar məsələdən bixəbər olan insanları ona görə müəyyən qədər aldada bilirdilər ki, bu gün aramidilli edessalılar qalmayıb. Bu xalq assimilyasiyaya uğrayaraq tarixin səhnəsini tərk edib. Odur ki, ermənilər saxtalaşdırma yolunda elə bir müqavimətlə üzləşmirlər. Amma eybi yoxdur, edessalıların əvəzinə vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər.

İstifadə olunmuş mənbələr:

1. Всемирная энциклопедия. Философия. Москва – Минск. 2001, стр.643.
2. Лосев Алексей. Диалектика мифа. Москва, 2008, стр.34.
3. Yenə orada, səh.30.
4. Yenə orada, səh.35.
5. Yenə orada, səh 39.
6. Кондаков И.М. Психология. Иллюстрированный словарь. С/П. 2007, стр.341.
7. Pringle, Brendan, “Ethiopia: The First Christian Nation?”, in International Business Times (March 04, 2013), https://azvision.az/redirect.php?url=http://www.ibtimes.com/ethiopia-first-christian-nation-1110400
8. Bax: “Ermənilərin tarixi” əsərinin ingiliscəyə tərcüməsi, giriş (introduction): https://azvision.az/redirect.php?url=http://www.vehi.net/istoriya/armenia/agathangelos/en/AGATHANGELOS.html
9. Encyclopaedia Iranica, article “Agathangelos”, https://azvision.az/redirect.php?url=http://www.iranicaonline.org/articles/agathangelos-greek-for-messenger-of-good-news-the-supposed-author-of-a-history-of-the-armenians-which-describes-the-co
10. Pringle, Brendan, “Ethiopia: The First Christian Nation?”, in International Business Times (March 04, 2013), https://azvision.az/redirect.php?url=http://www.ibtimes.com/ethiopia-first-christian-nation-1110400
11. “Bar” sözü “oğul” kimi tərcümə edilir.
12. William Smith argues that this period, “[when] Edessa was held by the Parthian”, ended in 108. See: Smith, William, “A Dictionary. Christian Biography, Literature, Sects and Doctrines: A Continuation of “The Dictionary of the Bible””, Vol. I., Brown and Company, Boston (1877), p. 5, https://azvision.az/redirect.php?url=http://babel.hathitrust.org/cgi/pt?id=coo.31924092332745;view=1up;seq=4
13. Eusebius, Ecclesiastical History, translated by Arthur Cushman McGiffert, from Nicene and Post-Nicene Fathers, Second Series, Vol. 1. Edited by Philip Schaff and Henry Wace, Buffalo, N.Y., Christian Literature Publishing Co. (1890), PDF файл: https://azvision.az/redirect.php?url=http://www.documentacatholicaomnia.eu/03d/0265-0339,_Eusebius_Caesariensis,_Historia_ecclesiastica_[Schaff],_EN.pdf; См. также: https://azvision.az/redirect.php?url=http://www.newadvent.org/fathers/2501.htm, https://azvision.az/redirect.php?url=http://rbedrosian.com/Eusebius/Euch_Menu.html
14. The Doctrine of Addai (1876). English Translation, https://azvision.az/redirect.php?url=http://www.tertullian.org/fathers/addai_2_text.htm
15. The Doctrine of Addai (1876). English Translation, https://azvision.az/redirect.php?url=http://www.tertullian.org/fathers/addai_2_text.htm
16. Tarixçi Frensis Kruford Barkit yazır ki, çar İsa peyğəmbərlə görüşmək üçün əvvəlcə şəxsən özü Fələstinə yola düşmək istəyib, lakin Roma dominionlarından keçib getməyə qorxub. — Bax: Burkitt, Francis Crawford, “Early Eastern Christianity: St. Margaret’s Lectures, 1904, on the Syriac-speaking Church”, Gorgias Press LLC (2004), p. 13, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=vssdKNm9Hm4C
17. Encyclopedia Britannica: https://azvision.az/redirect.php?url=http://www.britannica.com/EBchecked/topic/1212/Abgar-legend
18. “When Hannan, the keeper of the archives, saw that Jesus spake thus to him, by virtue of being the king’s painter, he took and painted a likeness of Jesus with choice paints, and brought with him to Abgar the king, his master.” See: The Doctrine of Addai (1876). English Translation, https://azvision.az/redirect.php?url=http://www.tertullian.org/fathers/addai_2_text.htm
19. Мовсес Хоренаци, «История Армении», книга 2, главы 31 и 32. https://azvision.az/redirect.php?url=http://www.vehi.net/istoriya/armenia/khorenaci/02.html
20. “The Ecclesiastical History of Evagrius Scholasticus”, Book 4.27, translated by Michael Whitby, Liverpool University Press (2000), p. 226, https://azvision.az/redirect.php?url=http://ixoyc.net/data/Fathers/101.pdf; “The Ecclesiastical History of Evagrius”, translated by Edward Walford, Liverpool University Press (2008), p. 159, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=57rDdfPkC9gC
21. “A tradition has come down to us that Angaros, King of Edessa, was drawn vehemently to divine love by hearing of our Lord, and that he sent envoys to ask for His likeness. If this were refused, they were ordered to have a likeness painted. Then He, who is all-knowing and all-powerful, is said to have taken a strip of cloth, and pressing it to His face, to have left His likeness upon the cloth, which it retains to this day”. — See “St. John of Damascene on Holy Images (Followed by Three Sermons on the Assumption)”, translated by Mary H. Allies, London, Thomas Baker (1898), p. 33, https://azvision.az/redirect.php?url=http://www.ccel.org/ccel/damascus/icons.i.iv.html; “Apologia of St John of Damascus Against Those who Decry Holy Images” by John of Damascus, p. 33, https://azvision.az/redirect.php?url=http://www.documentacatholicaomnia.eu/03d/0675-0749,_Ioannes_Damascenus,_Apologia_Against_Those_Who_Decry_Holy_Images,_EN.pdf; “[Jesus] is said to have taken a piece of cloth and pressed it to his face, impressing on it the image of his face, which it keeps to this day”. — See: “Three Treatises on the Divine Images” by St. John of Damascus, St. Vladimir’s Seminary Press (2003).
22. Nickell, Joe, “Relics of the Christ”, University Press of Kentucky, (March 16, 2007) — Religion, p. 70. https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=A9sj9XmdmekC
23. “At the moment that he placed his hand upon him, he was cured of the plague of the disease, which he had had for a long time”. — See: The Doctrine of Addai, https://azvision.az/redirect.php?url=http://www.tertullian.org/fathers/addai_2_text.htm
24. Eusebius of Caesarea, Historia ecclesiastica, I-13-16, PDF faylı: https://azvision.az/redirect.php?url=http://www.documentacatholicaomnia.eu/03d/0265-0339,_Eusebius_Caesariensis,_Historia_ecclesiastica_[Schaff],_EN.pdf (pp. 140-141); Eusebius of Caesarea’s Ecclesiastical History, translated from Greek by Arthur Cushman McGiffert, https://azvision.az/redirect.php?url=http://rbedrosian.com/Eusebius/Euch_Menu.html
25. https://azvision.az/redirect.php?url=http://vysokovo.prihod.ru/pravoslavnye_prazdniki/view/id/1169015; Şəhər darvazasının üstündə yunan allahı heykəlinin Anani tərəfindən gətirilmiş İsanın rəsmi ilə əvəz edilməsi haqda Uilyam Smitin “Xristian bioqrafiyaları, ədəbiyyatı, sektaları və doktrinaları lüğəti”ndə də bəhs edilir. — Bax: Smith, William, “A Dictionary. Christian Biography, Literature, Sects and Doctrines: A Continuation of “The Dictionary of the Bible””, Vol. I., Brown and Company, Boston (1877), p. 6, https://azvision.az/redirect.php?url=http://babel.hathitrust.org/cgi/pt?id=coo.31924092332745;view=1up;seq=4
26. “And when Abgar the king saw the likeness, he received it with great joy, and placed it with great honour in one of his palatial houses”. — See: The Doctrine of Addai, https://azvision.az/redirect.php?url=http://www.tertullian.org/fathers/addai_2_text.htm; см. также: Guscin, Mark, “The Image of Edessa”, BRILL (2009) — History, p. 167. https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=IdtHuGi6szgC
27. Bunu erməni müəlliflər də inkar etmirlər. Məsələn: Иованнес Драсханакертци, «История армян» (глaва VI), https://azvision.az/redirect.php?url=http://www.vashaktiv.ru/texts/d/dras1.php
28. Allen, Charlotte, “The Christians: Their First Two Thousand Years. A Pinch of Incense. A.D. 70 to 250. From the Fall of Jerusalem to the Decian Persecution”, Christian History Project (2002), p. 60, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=36FH5bv9aqIC; Мещерская Е.Н., «Апокрифические деяния апостолов», PDF файл: https://azvision.az/redirect.php?url=http://www.lib.ru/HRISTIAN/apok1.pdf, с. 49.
29. “Chronique de Michel le Syrien. Patriarche Jacobite D’Antioche”, tome III, Paris (1905), с. 261. https://archive.org/stream/MichelLeSyrien3/michael_the_syrian3
30. Cureton, William “Remains of a Very Ancient Recension of the Four Gospels in Syriac”, Gorgias Press LLC (1858), Preface lxxvii, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=vN2REMlYxXsC
31. Allen, Charlotte, “The Christians. Their first two thousand years. A Pinch of Incense. A.D. 70 to 250. From the Fall of Jerusalem to the Decian Persecution”, Christian History Project (2002) — Church history, p. 60.
https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=36FH5bv9aqIC
32. Allen, Charlotte, “The Christians: Their First Two Thousand Years. A Pinch of Incense. A.D. 70 to 250. From the Fall of Jerusalem to the Decian Persecution”, Christian History Project (2002), p. 64. https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=36FH5bv9aqIC
33. Moffett, Samuel H., “A history of Christianity in Asia”, Orbis Books (1998), Vol. I, с. 57, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=_XglAQAAIAAJ
34. Moffett, Samuel H., “A history of Christianity in Asia”, Orbis Books (1998), Vol. I, с. 58, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=_XglAQAAIAAJ
35. Smith, William, “A Dictionary. Christian Biography, Literature, Sects and Doctrines: A Continuation of “The Dictionary of the Bible””, Vol. I., Brown and Company, Boston (1877), pp. 7, 24, https://azvision.az/redirect.php?url=http://babel.hathitrust.org/cgi/pt?id=coo.31924092332745;view=1up;seq=4
36. Eusebius, Ecclesiastical History, translated by Arthur Cushman McGiffert, from Nicene and Post-Nicene Fathers, Second Series, Vol. 1. Edited by Philip Schaff and Henry Wace, Buffalo, N.Y., Christian Literature Publishing Co. (1890), PDF файл: https://azvision.az/redirect.php?url=http://www.documentacatholicaomnia.eu/03d/0265-0339,_Eusebius_Caesariensis,_Historia_ecclesiastica_[Schaff],_EN.pdf (p. 137, footnote 214).
37. Cheetham, Samuel, “A History of the Christian Church During the First Six Centuries”, Macmillan and Co. (1905), p. 58. https://archive.org/stream/historyofchristian00chee#page/58/mode/2up
38. Cheetham, Samuel, “A History of the Christian Church During the First Six Centuries”, Macmillan and Co. (1905), p. 58. https://archive.org/stream/historyofchristian00chee#page/58/mode/2up
39. Hastings, James, “A dictionary of Christ and the Gospels”, Vol. 1, New York, Charles Scribner’s Sons (August 1906), p. 4. https://archive.org/details/dictionaryofchri01hastuoft
40. Adolph von Harnack, “The Expansion of Christianity in the First Three Centuries”, Vol. II, Williams & Norgate (1905), p. 293. https://archive.org/details/theexpansionofch02harnuoft
41. Adolph von Harnack, “The Expansion of Christianity in the First Three Centuries”, Vol. II, Williams & Norgate (1905), p. 293. https://archive.org/details/theexpansionofch02harnuoft
42. Lockyer, Herbert, “All the Apostles of the Bible”, Zondervan (1988), p. 260.
43. Adshead, Samuel Adrian Miles, “China in World History”, Macmillan (2000), p. 27.
44. Məsələn: Gutschmid, Alfed , “Untersuchungen über die Geschichte des Könligliches Osroëne”. Mémoires de l’Académie Impériale des Sciences, de Saint-Pétersbourg (1887) 35 (1); Uilyam Smit yazır ki, “Dionisinin xronikası” əsərində bu iki çar müxtəlif şəxslər kimi təqdim edilir, bununla belə, o özü hesab edir ki, burada eyni adamdan söhbət gedir. — bax: Smith, William, “A Dictionary. Christian Biography, Literature, Sects and Doctrines: A Continuation of “The Dictionary of the Bible””, Vol. I., Brown and Company, Boston (1877), p. 7, https://azvision.az/redirect.php?url=http://babel.hathitrust.org/cgi/pt?id=coo.31924092332745;view=1up;seq=4; tarixçi Frensis Kruford Barkit “IX Abqar” dedikdə, Romaya səfəri (Vorvik Bola görə 204-cü ildə— bax: В.Бол, указ.соч., с. 91.) və xristianlığı qəbul etməsi ilə məşhur olan çarı nəzərdə tutur. — bax: Burkitt, Francis Crawford, “Early Eastern Christianity: St. Margaret’s Lectures, 1904, on the Syriac-speaking Church”, Gorgias Press LLC (2004), pp. 26-27, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=vssdKNm9Hm4C; см. также https://azvision.az/redirect.php?url=http://www.antikforever.com/Asie_Mineure/Divers/edesse_osroene.htm
45. Bu əsərin 14-cü səhifəsindəki 1-ci istinada bax: Segal, J.B., “Edessa: The Blessed City”, Gorgias Press LLC (2005) — Religion, p. 14. https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=54ge-4Z67t8C
46. «Католическая Энциклопедия», статья «Эдесса», https://azvision.az/redirect.php?url=http://www.newadvent.org/cathen/05282a.htm; həmçinin bax: Guscin, Mark, “The Image of Edessa”, BRILL (2009) — History, p. 142, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=IdtHuGi6szgC
47. Bauer, Walter “Orthodoxy and Heresy in Earliest Christianity”, 2nd German edition, Tübingen (1934), English translation published by Sigler Press (1971), p. 5, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=uUkqAAAAYAAJ; həmçinin bax: https://azvision.az/redirect.php?url=http://ccat.sas.upenn.edu/rak/publics/new/oldBAUER01.ALL
48. “The Catholic Encyclopedia: An International Work of Reference on the Constitution, Doctrine, Discipline, and History of the Catholic Church”, Vol. V, Encyclopedia Press (1913), p. 282, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=MnYqAAAAMAAJ
49. Shahîd, Irfan, “Rome and the Arabs: А Prolegomenon to the Study of Byzantium and the Arabs”, Dumbarton Oaks Trustees for Harvard University (1984), pp. 96, 109—112.
50. Yana, George V. (Bebla), “Book Review: A History of Christianity in Asia, Volume II, by Samuel Hugh Moffett” in Journal of Assyrian Academic Studies, Vol. 20, no. 1, 2006, p. 50, https://azvision.az/redirect.php?url=http://www.jaas.org/edocs/v20n1/Book%20Reviw-Moffet-Yana.pdf
51. Stiven Ross hesab edir ki, bu səfər III əsrin əvvəlində olub. – bax: Ross, Steven K. “Roman Edessa: politics and culture on the Eastern fringes of the Roman empire, 114-242 CE.”, London : Routledge (2000), p. 122, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=xayEAgAAQBAJ
52. Knight, David, “King Lucius of Britain”, The History Press (2014), Chapter 1, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=AUw7AwAAQBAJ
53. Moffett, Samuel H., “A History of Christianity in Asia”, Volume II, Orbis Books (1998), p.59, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=_XglAQAAIAAJ
54. Ross, Steven K. “Roman Edessa: politics and culture on the Eastern fringes of the Roman empire, 114-242 CE.”, London : Routledge (2000), p. 134, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=xayEAgAAQBAJ
55. Moffett, Samuel H., “A History of Christianity in Asia”, Volume II, Orbis Books (1998), p.59, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=_XglAQAAIAAJ
56. İlahə Atarqatis.
57. Bardesanes, “The Book of the Laws of Countries: Dialogue on Fate of Bardaisan of Edessa” Gorgias Press LLC (1965), https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=Azyi9LtkZdMC
58. Moffett, Samuel H., “A History of Christianity in Asia”, Volume II, Orbis Books (1998), p.58, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=_XglAQAAIAAJ
59. Segal, J.B., “Edessa: The Blessed City”, Gorgias Press LLC (2005) — Religion, p. 62. https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=54ge-4Z67t8C
60. Melton, Gordon J., “Faiths Across Time: 5,000 Years of Religious History”, ABC-CLIO (Jan 15, 2014), p. 330, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=bI9_AwAAQBAJ; Grabe, Joannes Ernestus, “Spicilegium SS. patrum”, E theatro Sheldoniano (1698), p. 316, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=Zww9AAAAcAAJ
61. Eusebius of Caesarea, Historia ecclesiastica, book V, chapter 23, par. 2, https://azvision.az/redirect.php?url=http://www.documentacatholicaomnia.eu/03d/0265-0339,_Eusebius_Caesariensis,_Historia_ecclesiastica_[Schaff],_EN.pdf
62. Faith, Juliet “The Knights Templar in Somerset”, The History Press (Aug 26, 2011), Chapter 8, “The Idol of the Templars”, subchapter “A Miraculous Image”, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=JTM7AwAAQBAJ; Byfield, Ted, “A Glorious Disaster: A.D. 1100 to 1300: The Crusades: Blood, Valor, Iniquity, Reason, Faith”, Christian History Project (2008), p. 66, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?iad=o8hJgj5q5IEC
63. Faith, Juliet “The Knights Templar in Somerset”, The History Press (Aug 26, 2011), https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=JTM7AwAAQBAJ
64. Guscin, Mark, “The Image of Edessa”, BRILL (2009) — History, p. 157. https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=IdtHuGi6szgC
65. https://azvision.az/redirect.php?url=http://tomverenna.wordpress.com/2013/03/06/ralph-ellis-jesus-and-his-myth-of-the-king-jesus-of-edessa/
66. Segal, J.B., “Edessa: The Blessed City”, Gorgias Press LLC (2005) — Religion, p. 70. https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=54ge-4Z67t8C
67. Ross, Steven K. “Roman Edessa: politics and culture on the Eastern fringes of the Roman empire, 114-242 CE.”, London : Routledge (2000), p. 117, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=xayEAgAAQBAJ
68. Smith, William, “A Dictionary. Christian Biography, Literature, Sects and Doctrines: A Continuation of “The Dictionary of the Bible””, Vol. I., Brown and Company, Boston (1877), p. 251, https://azvision.az/redirect.php?url=http://babel.hathitrust.org/cgi/pt?id=coo.31924092332745;view=1up;seq=4
69. Ball, Warwick, “Rome in the East: The Transformation of an Empire”, Routledge (2002), p. 90, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=qQKIAgAAQBAJ
70. Ball, Warwick, “Rome in the East: The Transformation of an Empire”, Routledge (2002), p. 91, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=qQKIAgAAQBAJ
71. Ball, Warwick, “Rome in the East: The Transformation of an Empire”, Routledge (2002), p. 97, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=qQKIAgAAQBAJ
72. Ball, Warwick, “Rome in the East: The Transformation of an Empire”, Routledge (2002), p. 95, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=qQKIAgAAQBAJ
73. Segal, J.B., “Edessa: The Blessed City”, Gorgias Press LLC (2005) — Religion, p. 14. https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=54ge-4Z67t8C
74. (Bu barədə bax: «Большая советская энциклопедия». М. 1970. Том 2, стр. 45).
75. Tacitus, Annals. Book XII, chapters 12 and 14., in “The works of Cornelius Tacitus: with an essay on his life and genius, notes, supplements, &c”, Volume II, Washington (1822), pp. 300-302 (kitabda 300-cü səhifə səhvən 330-cu kimi göstərilib, beləliklə kitabda iki 330-cu səhifə yer alıb ki, onlardan birincisi 300-cü səhifədir). https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=DwUMAAAAYAAJ
76. Burkitt, Francis Crawford, “Early Eastern Christianity: St. Margaret’s Lectures, 1904, on the Syriac-speaking Church”, Gorgias Press LLC (2004), pp. 6-9, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=vssdKNm9Hm4C
77. Ball, Warwick, “Rome in the East: The Transformation of an Empire”, Routledge (2002), pp. 89-92, 96, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=qQKIAgAAQBAJ
78. Smith, William, “A Dictionary. Christian Biography, Literature, Sects and Doctrines: A Continuation of “The Dictionary of the Bible””, Vol. I., Brown and Company, Boston (1877), p. 163, https://azvision.az/redirect.php?url=http://babel.hathitrust.org/cgi/pt?id=coo.31924092332745;view=1up;seq=4
79. Smith, William, “A Dictionary. Christian Biography, Literature, Sects and Doctrines: A Continuation of “The Dictionary of the Bible””, Vol. I., Brown and Company, Boston (1877), p. 6, https://azvision.az/redirect.php?url=http://babel.hathitrust.org/cgi/pt?id=coo.31924092332745;view=1up;seq=4
80. Allen, Charlotte, “The Christians: Their First Two Thousand Years. A Pinch of Incense. A.D. 70 to 250. From the Fall of Jerusalem to the Decian Persecution”, Christian History Project (2002), p. 64. https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=36FH5bv9aqIC
81. Allen, Charlotte, “The Christians: Their First Two Thousand Years. A Pinch of Incense. A.D. 70 to 250. From the Fall of Jerusalem to the Decian Persecution”, Christian History Project (2002), p. 59. https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=36FH5bv9aqIC
82. Allen, Charlotte, “The Christians: Their First Two Thousand Years. A Pinch of Incense. A.D. 70 to 250. From the Fall of Jerusalem to the Decian Persecution”, Christian History Project (2002), p. 60. https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=36FH5bv9aqIC
83. Alan Bowman, Peter Garnsey, Averil Cameron “The Cambridge Ancient History: Volume 12, The Crisis of Empire, AD 193-337”, Cambridge University Press (Sep 8, 2005), p. 507, https://azvision.az/redirect.php?url=http://books.google.hu/books?id=MNSyT_PuYVMC
84. Мовсес Хоренаци, «История Армении», книга 2, главы 33 и 34. https://azvision.az/redirect.php?url=http://www.vehi.net/istoriya/armenia/khorenaci/02.html



Teqlər:  





Xəbər lenti