Millimiz çempionata qalibiyyətlə başladı

Millimiz çempionata qalibiyyətlə başladı
  24 Sentyabr 2014    Oxunub:1612
Voleybol üzrə qadınlardan ibarət milli komandamız sentyabrın 23-də İtaliyada təşkil olunan dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
“D” qrupunda mübarizə aparan komandamız Yaponiya millisinə 3:2 hesabı ilə qalib gəlib.
Milli komandamızın növbəti görüşü Çin qadın voleybolçuları ilə sentyabrın 24-də Bakı vaxtı ilə saat 13:30-da olacaq.

Qeyd edək ki, yığmamız Yaponiya, Çin, Porte Rika, Belçika, Kuba komandaları ilə bir qrupda yarışır. Qrup mərhələsində birinci dörd komanda növbəti mərhələyə yüksələcək.


Teqlər:





Xəbər lenti