`Avro-2020` Bakıda keçiriləcək
AzVision.az-ın məlumatına görə, "Avro-2020"nin oyunlarının keçiriləcəyi şəhərlər sırasında Azərbaycan paytaxtı Bakıda var.
Bu qərar UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasında qəbul olunub. Qərar əsasən "Avro-2020"nin 3 qrup oyunu və ¼ mərhələnin bir oyunu Bakıda keçiriləcək.
Qeyd edək ki, Azərbaycanı Cenevrədə AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandamızın baş məşqçisi Berti Foqts, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, futbol veteranları İsgəndər Cavadov, İqor Ponomaryov və digər şəxslər təmsil ediblər.
Eldar Tanrıverdiyev