Pozucu səfir
Keçmişdən başlamaq istərdim. Almanların Qafqaza köçürülməsi 1816-1818-ci illərdə olub. 1819-cu ilin yazında onlar Azərbaycana çatıb, iki koloniya təsis ediblər: Yelendorf və Annefeld (indiki Xanlar və Şəmkir şəhərləri). Daha sonra, altı şəhər olub - Georgsfeld, Alekseyevka, Grinfeld, Eygenfeld, Traubenfeld, Yelizavetinka. Mən AFR-in Azərbaycandaki səfiri cənab G.Kvelleyə Xanlar şəhərinə baş çəkməyi məsləhət görürəm, qoy görsün ki Azərbaycan necə də Alman memarlıq abidələrini böyük diqqətlə qoruyub saxlayır.
Almanların yaşadığı evlərin üzərində işarələr var: Georg Kox, Xristian Qummel… Və evlərin tikilmə tarixi hələ də orijinal formada qalıb. Bu, azərbaycanların alman xalqına böyük hörmətini göstərir.
Almanlara minnətdar olmağımıza səbəb var. Xatırlamaq kifayətdir ki, Bakının memarlıq görünüşünün yaradılmasında alman memarların da rolu olub. Vaxtilə paytaxtımızda bir neçə memar çalışıb. Onlardan ən məşhuru N.F. fon der None olub. 1889-1902-ci illərdə o, bir çox məşhur binaları, eləcə də Bakı bulvarını inşa edib. Peter Drittenpreys Bakı vağzalını yaradıb. O vaxtlar “Tağıyevin teatrı” adlandırılan Musiqili Komediya Teatrını F.A.Lemkul tikib. Bakıda 60-a yaxın binalar Alman memarların proyektlərilə tikiliblər. Onların hər birinə görə biz Alman memarlarına təşşəkür edirik.
Və nəhayət, Herbert Kvelleyə daha bir faktı xatırlatmaq istəyirəm. 1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. ADR parlamentində alman əhalini təmsil edən Lorenz Kun də olub. Öz nitqində o, qeyd edib ki, Azərbaycanda 100 il yaşayış dövrü ərzində azərbaycanlılar və almanlar arasında “bir dəfə də olsun, qardaşlıq münasibətləri pozulmayıb; ADR-in almanları sülh münasibətlərinin davam edəcəyinə inanaraq, müstəqil Azərbaycanın inkişafına işləyərək, öz gələcəklərinə sakit baxırlar”.
İndinin qiymətləndirilməsi və gələcəyə baxış
Bəli, indi Azərbaycanda elə də çox etnik almanlar qalmayıb. Lakin bunda Azərbaycanın günahı yoxdur. Bizim ölkəmizdə milliyətindən asılı olmayaraq, Azərbaycan üçün görülən yaxşı işlərə həmişə qiymət veriblər. Və ən əsası – ölkələr arasında münasibətləri əla səviyyədə saxlaya bilmişik.
Azərbaycanın müstəqilliyi Almaniya tərəfindən 12 yanvar 1992-ci ilə tanındı. Azərbaycan və Almaniya arasında diplomatik münasibətlər 20 fevral 1992-ci qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açıldı. Azərbaycan və Almaniya arasında diplomatik münasibətlər qurulandan sonra əlaqələr daim inkişaf edib.
Ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Məsələn, 2012-ci ildə o, 1,744 milyard dollar təşkil edib. Azərbaycandan ixrac 964,7 milyon dollar, Almaniyadan idxal isə 779,9 milyon dollar təşkil edib. İxracın 98%-i enerjinin payına düşür, Almaniyadan isə əsasən texniki avadanlıq, avtomobil idxal edirik.
Ölkəmizdə alman sahibkarları uğurla işləyirlər, tez-tez Azərbaycan-Almaniya biznes-forumları keçirilir.Azərbaycan və Almaniya arasında mədəni əlaqələr uğurla inkişaf edir. Bir sözlə, iki ölkə arasında münasibətlərin indiki səviyyəsi və onların perspektivləri mükəmməldir.
Amma vəziyyətin paradoksallığı ondadır ki, məhz AFR-in Azərbaycandakı səfiri H.Kvelle ənənəvi, gözəl Azərbaycan-Almaniya münasibətlərinə zərbə vurur, Almaniyanın ədalətli bir dövlət imicini korlayır, iki ölkənin gələcək əlaqələrini təhlükə qarşısına qoyur.
Təxribatçılara güvənmək
Alman səfirini Azərbaycan və Almaniya arasında mədəni, siyasi, iqtisadi
əlaqələrin inkişaf etdirilməsi maraqlandırmır. O, daha çox Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrlə əməkdaşlığa meyl edir. Ötən il Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi zamanı onun hansı fəaliyyətlə məşğul olduğunu hamımız gördük.
Herbert Kvelpe 17-21 aprel aralığında Bakıda keçirilməsi nəzərdə tutulan “Qlobal Körpü” konfransının baş tutmasına da mane oldu. Xatırladaq ki, bu konfransda dünyanın müxtəlif ölkələrindən olan gənc liderlər iştirak etməli idilər. Tədbirdə 70 nəfər gənc liderin iştirakı gözlənilirdi. Beynəlxalq konfransda Avropadan 45, Amerika qitəsindən isə 15 ölkənin iştirakı nəzərdə tutulmuşdu.
Üstüörtülü hərəkət edərək, Almaniya səfiri bu tədbirdə peşəkar təxribatçıların iştirakını təmin etməyə cəhd göstərmişdi. Onlardan biri də öz facebook səhifəsində Azərbaycan hökumətini “faşist” adlandıran və hakimiyyətə gələcəyi təqdirdə kütləvi həbslər keçirəcəyini bəyan edən Emin Abdullayevdir (Milli).
Göründüyü kimi, Alman səfir Azərbaycanın daxili siyasətinə birbaşa müdaxilə edir. Nəzərinizə çatdıraq ki, Azərbaycanın Almaniyada olan səfiri bu vaxta qədər Almaniyanın daxili işlərinə heç zaman qarışmayıb. Almaniyada türklərlə bağlı xeyli problemler var. Lakin buna baxmayaraq, ölkəmizin səfiri bu məsələlərə heç zaman müdaxilə etməyib.
Müasir Almaniya və dönərsatanların qətli
Almaniyada 90-cı ilin əvvəllərində yaradılan milliyətçi qruplaşmalar 10 Türk vətəndaşını öldürməkdə, həmçinin türklərə məxsus 14 obyektdə soyğunçuluq etməkdə təqsirli biliniblər. 2000-2006-cı illər ərzində Alman milliyətçilər Türkiyədə dönər satmaqla məşğul olan 8 nəfər türk vətəndaşını qətlə yetiriblər. Bu qatillərin məhkəmə prosesinin adı da yaddaşlarda “Dönər qatilləri” kimi qaldı. Qrup üzvləri türk vətəndaşları ilə yanaşı, yunan vətəndaşını da qətlə yetiriblər. Onlar qətl hadisələrini Hamburq, Nürenberq, Münhen şəhərlərində həyata keçiriblər.
Almanların bu hərəkətləri bizi 2-ci dünya müharibəsi zamanı faşist Almaniyasının yürütdüyü siyasəti xatırladır.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən alman səfirlikləri ölkələrin daxili işinə qarışmaq əvəzinə, bu ölkələrdəki insanları Almaniyanın bir də öz qaranlıq keçmişinə qayıtmayacağına inandırmalıdır.
Əkbər Həsənov / 1news.az