Millimiz 22 pillə gerilədi
Hesabat dövründə 3 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. Özbəkistan (0:0) və Rusiya (0:4) ilə yoldaşlıq, Bolqarıstanla (1:2) seçmə oyunu keçirən millimiz bu uğursuzluğun “bəhrəsi”ni görüb. Reytinqdə 69 xal itirən yığmamız siyahının 95-ci komandası olub. Ötən ay 413 xalla planetin 73-cüsü olan millimiz indi 344 xala malikdir.
Millimiz və “qonşuları”
91 (86). Botsvana – 356
92 (90). Zimbabve – 353
93 (101). Ruanda – 349
94 (71). Boliviya – 346
95 (73). AZƏRBAYCAN – 344
96 (92). Qətər – 342
97 (97). Çin – 341
98 (106). Malavi – 340
99 (100). Latviya – 333
100 (85). Yamayka - 321
İlk “onluğ”un tərkibində dəyişiklik olmayıb. Amma Hollandiya ilə Kolumbiya, Braziliya ilə Uruqvay, Fransa ilə İsveçrə yerlərini dəyişib.
İlk “onluq”
1 (1). Almaniya – 1765
2 (2). Argentina – 1631
3 (4). Kolumbiya – 1488
4 (3). Hollandiya - 1456
5 (5). Belçika – 1444
6 (7). Braziliya – 1291
7 (6). Uruqvay - 1243
8 (9). İspaniya - 1228
9 (10). Fransa – 1202
10 (9). İsveçrə - 1175
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız Bolqarıstan yığmamız üzərində qələbə sayəsində 26 pilləlik sıçrayışa nail olubsa, İtaliya cüzi irəliləyiş əldə edib. Digər yığmalar geriləyib. Norveç isə millimizdən də pis – 23 addım geriləyib.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
13 (14). İtaliya – 1068
19 (16). Xorvatiya – 928
46 (72). Bolqarıstan - 570
76 (53). Norveç - 421
95 (73). AZƏRBAYCAN – 344
155 (150). Malta – 133
Qeyd edək ki, qonşu Türkiyə yığması isə 637 xalla 38-cidir. “Ay-ulduzlular” 6 pillə geriləyib.
Teqlər: