Respublika stadionun qazonu 25 karvanla gətirildi

Respublika stadionun qazonu 25 karvanla gətirildi
  12 Sentyabr 2014    Oxunub:2309
Tofiq Bəhramov adına Respublika stadionu üçün hazır ot örtüyü Bakıya gətirilib.
AzVision.az sportnet.az-a istinadən xəbər verir ki, bu barədə arenanın direktoru Akif İsmayılov məlumat verib.

Onun sözlərinə görə, qazon Hollandiyadan 25-dək xüsusi təchizatlı maşınlara yüklənərək, Azərbaycana göndərilib. Artıq maşınların bir hissəsi ölkə ərazisinə daxil olub. Bütün maşınların gəlişindən sonra arenanın ot örtüyünün döşənməsinə başlanılacaq. Bu işi həyata keçirəcək xarici mütəxəssislər də artıq paytaxtımızdadırlar.

İsmayılov bildirib ki, işlər tamamlandıqdan sonra - sentyabrın 16-da UEFA nümayəndəsi ot örtüyünün durumunu yoxlayacaq. Ertəsi gün "Qarabağ" və Fransanın "Sent-Etyen" klubları Avropa Liqasının qrup mərhələsinin ilk tur matçı öncəsi Respublika stadionunda məşqə çıxacaqlar.

Qeyd edək ki, yenilənmiş ot örtüyündəki ilk qarşılaşma sentyabrın 18-də saat 21:00-da başlanacaq.


Teqlər:  





Xəbər lenti