UEFA Bakıdan razı qaldı

UEFA Bakıdan razı qaldı
  11 Sentyabr 2014    Oxunub:1331
UEFA Avro-2020 çempionatının final mərhələsi matçlarının keçirilməsi üçün sifarişlər üzrə qiymətləndirmə hesabatını dərc edib.
Bütün dosyelər milli assosiasiyalar tərəfindən diqqətlə təhlil edildikdən sonra hazırlanmış hesabatda Bakının bu turnirə hazırlığı yüksək qiymətləndirilib.

Hesabatın Azərbaycan paytaxtına həsr edilmiş bölməsində deyilir: “Bakının sifarişi ölkənin bütün siyasi və biznes strukturları tərəfindən yüksək səviyyədə zəmanət olmasını nümayiş etdirir”.

Bununla yanaşı, fanatlar üçün mehmanxana nömrələrinin çatışmaması ilə əlaqədar bəzi potensial problemlər qeyd edilir.

UEFA-nın hesabatında Azərbaycanda mövcud siyasi və iqtisadi sabitlik, habelə yerli assosiasiya ilə dövlət arasında möhkəm əlaqələr olması qeyd edilir, vurğulanır ki, bu faktlar Azərbaycanın sifarişinin hərtərəfli hazırlanmasını nümayiş etdirir. Bakıda yeni (69.870 yerlik) Olimpiya stadionunun tikilməsi, sosial məsuliyyət və sabitlik, sifarişin konsepsiyası və məzmunu, hüquqi aspektlər, nəqliyyat və şəhər daxilində hərəkət, qonaqların yerləşdirilməsi, tədbirin təşviqi və kommersiya məsələləri də qeyd edilib. Hesabatda azarkeşlərin yerləşdirilməsi ilə əlaqədar deyilir ki, Bakıda məhdud sayda müştəri üçün nəzərdə tutulan otellər hələlik çox deyil, lakin qonaq evləri, icarəyə verilən mənzillər və universitet yataqxanaları kimi alternativ variantlar da var.


Teqlər:  





Xəbər lenti