Güləşçilərimiz qızıl medal qazandı

Güləşçilərimiz qızıl medal qazandı
  10 Sentyabr 2014    Oxunub:1376
Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından AzVision.az-a bildiriblər ki, çempionatın ikinci günündə 61, 65, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb. Sərbəst güləşçilərimiz dünya çempionatını 1 qızıl və 1 gümüş medalla başa vurublar.

61 kiloqram çəki dərəcəsində Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynadan Vasil Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda güclü Kuba güləşçisi ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran Hacı Əliyev dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə İran güləşçisi Məsud Mahmud Esmailpurjuybariyə heç bir şans verməyən güləşçimiz dünya çempionu olub.

97 kiloqram çəki dərəcəsində Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov inamla güləşib və finala yüksəlib. O, finala qədər Moldovadan Nikolay Ceban, Gürcüstandan Elizbar Odikadze, Monqolustandan Xuderbulqa Dorjxandı, yarımfinalda isə London Olimpiadasının gümüş mükafatçısı Ukrayna güləşçisi Valeriy Andreetsevi mübarizədən kənarlaşdırıb. İkiqat dünya çempionu olmaq üçün güləşçimiz Rusiya təmsilçisi Abduasalam Qadisovla final görüşünə çıxıb. Gərgin keçən görüş Rusiya təmsilçisinin xeyrinə başa çatıb. Azərbaycan güləşçisi gümüş medal qazanıb.


Teqlər:





Xəbər lenti