TQDK monitorinq imtahanları keçirib

  26 Aprel 2013    Oxunub : 275
TQDK monitorinq imtahanları keçirib
Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə keçirilən monitorinq imtahanları başa çatıb
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, TQDK aprelin 23, 24 və 25 –də Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli fərmanına müvafiq olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirib.

Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri aprelin 23 - də Azərbaycan dilindən, aprelin 24 – də riyaziyyatdan, aprelin 25 – də isə fizika fənnindən imtahan verib.

Azərbaycan bölməsinin V sinif şagirdləri aprelin 23 –də Azərbaycan dilindən, aprelin 24-də isə riyaziyyat fənnindən imtahan vermişlər. Rus bölməsinin V sinif şagirdləri isə aprelin 24-də riyaziyyat, aprelin 25-də rus dili fənnindən imtahan veriblər. Hazırda bu imtahanlarda iştirak edən şagirdlərin cavablarının yoxlanması həyata keçirilir.

Monitorinq imtahanları respublikanın daha 26 bölgəsində keçiriləcək. Aşağıdakı linkdə göstərilən cədvəldə həmin imtahanların bölgələr və orta ümumtəhsil müəssisələri üzrə keçirilmə tarixləri təqdim olunur:

https://azvision.az/redirect.php?url=http://www.tqdk.gov.az/az/press/news/Default.aspx?news=2911

Teqlər: