“Qarabağ” tarix yazdı- YENİLƏNİB

“Qarabağ” tarix yazdı- YENİLƏNİB
  29 Avqust 2014    Oxunub:4073
Bu gün Ağdamın “Qarabağ” komandası futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Hollandiyanın “Tvente” kollektivi ilə qarşılaşır.
AzVision.az xəbər verir ki, Ensxede şəhərindəki “Tvente” stadionunda keçirilən matçı italiyalı baş hakim Paolo Mazzoleni idarə edir. Ona həmyerliləri Lorenzo Manganelli, Alessandro Petrella və Sebastiano Peruzzo kömək edirlər.

“Qarabağ”ın heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Muarem Muarem, Riçard Almeyda, Çumbinyo, Vüqar Nadirov çıxıblar.

“Twente”nin ilk on birliyində Nik Marsman, Kuko Martina, Aleksandr Byelland, Darril Laxman, Robbert Şilder, Kayl Ebesilio, Kamohelo Mokotjo, Yuness Moxtar, Hakim Ziyex, Luk Castaynos, Kasper Kusk yer alıblar.

Bu komandalar arasında Bakıdakı ilk oyun heç-heçə (0:0) başa çatmışdı.

***
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi “Tvente”nin 1:0 hesablı üstünlüyü ilə yekunlaşdı. Görüşün 37-ci dəqiqəsində Hollandiya təmsilçisinin heyətində Luk Castaynos fərqləndi.

***
Qarşılaşmanın 52-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu M.Muarem hesabı bərabərləşdirib.

Bununla da tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq iddiasında olan “Qarabağ” arzusunu gerçəkləşdirdi. Klubumuz Avropa Liqasının pley-off mərhələsini adladı.



Teqlər:  





Xəbər lenti