Yhjdldld
Yaponiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə mərkəzləşdirilmiş kəşfiyyat sisteminin yaradılmasına başlayıb. Bu barədə “The National Interest” nəşri məlumat yayıb.
Məlumata görə, yeni struktur ölkənin casusluq fəaliyyəti, kiberhücumlar və xarici təsir cəhdlərinə qarşı müdafiəsini gücləndirməyi hədəfləyir. İslahatlar çərçivəsində Milli Kəşfiyyat Şurası və Milli Kəşfiyyat Bürosu yaradılır. Sonuncunun ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulur.
Yeni qurum indiyədək müxtəlif dövlət strukturları arasında bölüşdürülmüş kəşfiyyat məlumatlarının toplanması və təhlilini vahid mərkəzdə birləşdirəcək. Xidmətin təxminən 700 əməkdaşdan ibarət olacağı bildirilir.
Nəşrin məlumatına görə, islahatlara təkan verən amillərdən biri Rusiyanın xüsusi xidmət orqanlarının Yaponiyadakı fəaliyyətinin artması ilə bağlı narahatlıqlardır. Bildirilir ki, Tokio Qərbin sanksiyalarından yayınmaq və Rusiya hərbi-sənaye kompleksi üçün ikili təyinatlı texnologiyaların əldə edilməsi məqsədilə istifadə oluna biləcək mərkəzlərdən biri kimi qiymətləndirilir.
“The National Interest” qeyd edir ki, yeni kəşfiyyat strukturu Qərb ölkələrinin xüsusi xidmət orqanlarının modeli əsasında fəaliyyət göstərəcək. Qurumun əsas fəaliyyət istiqamətləri xarici kəşfiyyat, əks-kəşfiyyat və kibertəhlükəsizlik olacaq, daxili siyasi nəzarət funksiyalarını isə yerinə yetirməyəcək.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


