Avropa çip asılılığını azaldır
// Drezdendə çip zavodu işə düşdü
“Smart Power Fab” adlanan müəssisə “European Chips Act” proqramı çərçivəsində 920 milyon avro dövlət dəstəyi alıb. Layihənin məqsədi Avropa İttifaqının çip idxalından asılılığını azaltmaq və 2030-cu ilədək qlobal çip istehsalında Avropanın payını 20 faizə çatdırmaqdır.
Yeni zavodda süni intellekt məlumat emalı mərkəzləri, elektrik avtomobilləri, külək və Günəş enerjisi sistemləri, eləcə də sənaye avadanlıqları üçün güc yarımkeçiriciləri istehsal ediləcək. Müəssisə 100 faiz bərpaolunan elektrik enerjisi ilə işləyir və istehsalda içməli su əvəzinə sənaye suyundan istifadə olunur.
Son illərdə informasiya texnologiyaları və mikroelektronika sahəsinə iri investisiyalar cəlb edən Drezden “Silicon Saxony” texnologiya klasteri kimi Avropanın ən böyük çip istehsalı mərkəzi mövqeyini daha da möhkəmləndirir.
Teqlər: Texnologiya







Vaxtında, Aydın, Lazımlı!


