Polşa ukraynalı qaçqınlar üçün xüsusi yardımı dayandırır

   Polşa ukraynalı qaçqınlar üçün xüsusi yardımı dayandırır
  20 Fevral 2026    Oxunub:1593
Polşa Prezidenti Karol Navrotski ukraynalı qaçqınlar üçün xüsusi yardım alətlərinin "Əcnəbilərin müdafiəsi haqqında Qanun"a ötürülməsi haqqında layihəni imzalayıb.
Bu barədə Polşa Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yeni qanuna əsasən, ukraynalı qaçqınlar üçün polyakların hesabına xüsusi yardım və imtiyazlar tamamilə dayandırılır, əvəzində sistemli qaydalar irəli sürülür.

Polşada ukraynalılar üçün xüsusi yardım qanunu 2022-ci ildə hazırlanıb. Bu qanuna əsasən, ukraynalı qaçqınlara xüsusi yaşayış, iş, müavinət və təhsil hüququ tanınıb. Hazırkı vəziyyətdə isə bu imtiyazlar tədricən aradan qalxaraq, ümumi dəstək alətləri ilə əvəzlənəcək. Eyni zamanda, Polşada yaşamalarını qanuniləşdirmək məqsədilə ukraynalılara üçillik yaşayış icazəsi veriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Polşa   Ukrayna   yardım   ləğv  



Xəbər lenti