İran BMT-ni köməyə çağırır

   İran BMT-ni köməyə çağırır
  20 Fevral 2026    Oxunub:1549
İranın Birləşmiş Millətlər Təşkilatında (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani Baş katib Antoniu Quterreşi, habelə Təhlükəsizlik Şurasının üzvlərini ABŞ-nin hədə-qorxusu fonunda yaranan gərgin vəziyyətə müdaxilə göstərməyə çağırıb.
Britaniyanın "Reuters" xəbər agentliyinin məlumatına görə, bu barədə o, Antoniu Quterreşə məktub göndərib. Məktubda vurğulayıb ki, ABŞ-nin qanunsuz güc tətbiqi hədələri dərhal dayandırılmalıdır.

"Bu məqsədlə Təhlükəsizlik Şurasının səlahiyyətləri, həmçinin xoşməramlı xidmətləri bütövlükdə işə salınmalıdır. Çünki Vaşinqtonun istənilən hərəkəti regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələr doğura bilər. Təhlükəsizlik Şurası və Baş katib çox gecikmədən təcili addım atmalıdır".

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında başlamış kütləvi etiraz aksiyaları, eyni zamanda, bu ölkənin nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. ABŞ Prezidenti Donald Tramp dünən Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   BMT   kömək   ABŞ   hədə-qorxu  



Xəbər lenti