Üç ölkə MAQATE-yə birgə müraciət ünvanlayıb

   Üç ölkə MAQATE-yə birgə müraciət ünvanlayıb
  20 Fevral 2026    Oxunub:1577
Rusiya, Çin və İranın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndələri İrandakı vəziyyətlə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossiyə birgə mesajlar göndərərək, diplomatik həllin vacibliyini vurğulayıblar.
AzVision.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov belə məlumat yayıb.

“Çin, İran və Rusiyanın daimi nümayəndələri MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşərək İranla bağlı məsələlərə dair birgə mesajlar çatdırdılar. Bütün mövcud problemlərin siyasi və diplomatik yolla həllinə ehtiyac olduğuna xüsusi diqqət yetirilib”, - rusiyalı dipolmat öz Telegram-kanalında yazıb.

Xatırladaq ki, son vaxtlar Vaşinqton-Tehran münasibətlərinin yenidən kəskinləşməsinin əsas səbəblərindən biri İranın nüvə proqramının İsraildə və ABŞ-də doğurduğu ciddi narahatlıqdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Çin   İran   MAQATE  



Xəbər lenti