“Gələcəyə nəfəs!” aksiyası çərçivəsində 111 111 ağac əkiləcək

“Gələcəyə nəfəs!” aksiyası çərçivəsində 111 111 ağac əkiləcək
  10 Noyabr 2025    Oxunub:631
Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il noyabrın 11-də təşkil olunan genişmiqyaslı ağacəkmə aksiyası artıq Azərbaycanda ənənəyə çevrilib.
AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il də Azərbaycan qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyir.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin bütün bölgələrini əhatə edəcək aksiya çərçivəsində 111  111 ədəd ağac əkiləcək. İnanırıq ki, əkilən bu ağaclar gələcəkdə geniş yaşıllıq sahələrinə çevrilərək, ətraf mühitə böyük tohfə olacaq”, – ETSN-in mətbuat katibi İradə İbrahimova deyib.

Nazirliyin sözçüsü, bu il noyabrın 11-i istirahət gününə düşdüyü üçün Azərbaycanda aksiyanın 12 noyabr tarixində keçiriləcəyini diqqətə çatdırıb.

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin və əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsindən başlanan ağacəkmə aksiyasına Türk Dövlətləri Təşkilatı ölkələrinin ölkəmizdəki səfirliklərinin nümayəndələri də qatılacaq. Müşfiqabadda 1 111 ədəd ağac əkiləcək”, - İradə İbrahimova diqqətə çatdırıb.

AzVision.az


Teqlər: ETSN   Müşviqabad   ağacəkmə  



Xəbər lenti