Zəfərin 5 illiyinə həsr olunmuş “Ən Böyük Hədiyyə” layihəsi təqdim edilib - FOTOLAR

   Zəfərin 5 illiyinə həsr olunmuş “Ən Böyük Hədiyyə” layihəsi təqdim edilib -    FOTOLAR
  06 Noyabr 2025    Oxunub:738
“PASHA Malls” və “PASHA Real Estate Group” bu il Zəfər Gününü “YAŞAT” Fondu ilə birgə həyata keçirdiyi sosial layihə – “Zəfər Köşkü” ilə qeyd edir. 6 noyabrdan etibarən Crescent Mall, Gənclik Mall və Gəncə Mallda fəaliyyət göstərən bu xüsusi guşədə Zəfərimizin rəmzlərinə həsr olunmuş məhsullar artıq satışa çıxarılıb.
AzVision.az xəbər verir ki,satışdan əldə olunan bütün gəlirlər isə "YAŞAT" Fonduna ianə ediləcək. Beləliklə, hər bir məhsul şəhid ailələri və qazilərimizə mənəvi dəstəyin, həmrəylik və minnətdarlığın simvoluna çevriləcək.



Bu təşəbbüs “Zəfər – qarşılığı olmayan ən böyük hədiyyəmizdir” mesajını paylaşaraq qəhrəmanlarımızın fədakarlığını ehtiramla yad edir və Zəfərimizin mənəvi dəyərini gələcək nəsillərə ötürməyi hədəfləyir.





AzVision.az



Teqlər:



Xəbər lenti