İrlandiya ukraynalı qaçqınlara məhdudiyyətləri gücləndirir

İrlandiya ukraynalı qaçqınlara məhdudiyyətləri gücləndirir
  04 Noyabr 2025    Oxunub:754
Ukraynadan gələn yeni qaçqınlar dövlət hesabına İrlandiyada indiki 90 gün əvəzinə 30 gün yaşaya biləcəklər.
AzVision.az xəbər verir ki, İrlandiya hökumətinin alt komitəsinin qəbul etdiyi qərara istinad edən “RTE” telekanalı belə məlumat yayıb.

“Alt komitənin üzvləri belə qənaətə gəliblər ki, respublika büdcəsindən maliyyələşən mənzil tutmaq üçün gündə təxminən 50 nəfər müraciət etdikdə, noyabrın sonunadək əlverişli mənzil fondu tükənəcək”, - xəbərdə deyilir.

Telekanalın məlumatına görə, 2022-ci ilin fevralından Ukraynadan qaçan 120 mindən çox insan İrlandiyada müvəqqəti müdafiə alıb. Onlardan təxminən 83 min nəfəri ölkədə qalıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İrlandiya   ukraynalılar   məhdudiyyətlər  



Xəbər lenti