Bir sıra rayonda yağış yağır

 Bir sıra rayonda yağış yağır
  04 Noyabr 2025    Oxunub:766
Noyabrın 4-ü saat 10:00 üçün məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış, Kəlbəcər, Laçın, Qubadlının yüksək dağlıq ərazilərinə isə qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a məlumat verilib ki, Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 16, Şamaxı, Cəlilabad, eyni zamanda Bakı və Abşeron yarımadasında 2, Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı, Füzulidə 1 mm-dir. Daşkəsən, Ağdam, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 5-i gündüzədək davam edəcək.

AzVision.az


Teqlər: hava  



Xəbər lenti