Zakir Həsənov Qazaxıstanda səfərdədir

   Zakir Həsənov Qazaxıstanda səfərdədir
  31 Oktyabr 2025    Oxunub:1088
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin müdafiə nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Qazaxıstanda işgüzar səfərdədir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov və digər iştirakçı ölkələrin hərbi rəhbər heyəti 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Sonra Almatı şəhərində keçirilən iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub. İclasın sonunda yekun sənədlərin imzalanması mərasimi keçirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti