Bakıda iki qadını maşın vurub öldürüb

Bakıda iki qadını maşın vurub öldürüb
  31 Oktyabr 2025    Oxunub:1146
Sabunçu rayonunda 1996-cı il təvəllüdlü P.Şükürov idarə etdiyi “Renault” markalı avtomobillə 1989-cu il təvəllüdlü piyada Könül Məmmədakif qızı Məmmədovanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Oxşar hadisə Səbail rayonunda da qeydə alınıb. 2002-ci təvəllüdlü S.Mehdizadə “Hyundai Elantra” markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında 1988-ci il təvəllüdlü piyada Axundova Vlada Vladislavovnanı vurub. 37 yaşlı qadın hadisə yerində vəfat edib. Hər iki faktla bağlı cinayət işi başlanıb.


AzVision.az


Teqlər:



Xəbər lenti