Azad olunmuş rayonlarda fləşmob hazırlanıb I VİDEO

Azad olunmuş rayonlarda fləşmob hazırlanıb    I VİDEO
  30 Oktyabr 2025    Oxunub:419
Uşaqların iştirakı ilə fləşmob təşkil edilib.
Bu barədə AzVision.az -a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd edilib ki, Dövlət Komitəsinin təşkilatçılığı, işğaldan azad olunmuş rayonlarda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə hazırlanmış növbəti fləşmobun iştirakçıları da uşaqlardır.

“Böyük Qayıdışın bütün ünvanlarında – doğma yurd yerlərimizdə sevinci, qüruru hər kəs bir cür ifadə edir. Uşaqların sevinci isə bambaşqadır: səmaya uçan rəngbərəng şarlar onların arzu və ümidlərini təcəssüm etdirir...

Fləşmobda Suveren Azərbaycan: “Köklərimizə bağlılıq, işıqlı sabaha inam” sloqanı yazılıb”, - məlumatda vurğulanıb.

Fləşmobun videoçarxını təqdim edirik.



AzVision.az



Teqlər:



Xəbər lenti