Prezident diplomatlarla bağlı mühüm sərəncamlar imzalayıb
Eyni zamanda dövlət başçısı Eldar Nadir oğlu Səlimovu imzaladığı sərəncamla Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb və o, Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan başqa Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılan Şahin Şakir oğlu Abdullayev İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfir təyin edilib.
Mütəllim Sabir oğlu Mirzəyev isə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsə də, Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. Əliyənnağı Hüseynovun yerinə Taleh Balaşirin oğlu Zöhrabov təyin edilib.
AzVision.az
Teqlər: Səfir İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


