Bir sıra rayonda leysan yağır

Bir sıra rayonda leysan yağır
  13 Oktyabr 2025    Oxunub:960
Pktyabrın 13-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Lerik, Culfada 21, Mingəçevirdə 18, Kəlbəcərdə 17, Balakən, Şəmkir, Gəncədə 16 m/s-yə çatır.

Daşkəsən, Gədəbəy, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Quba, Şahdağ, Balakən, Şəki, Zaqatala, Xaçmaz, Qusar (Laza), Qax (Sarıbaş), Beyləqan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Sabirabadda arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Şəki, Balakən, Qax (Sarıbaş), Göygöl, Lerikdə duman müşahidə olunur. Görünüş məsafasi 500 metrədək məhdudlaşır.

AzVision.az


Teqlər: hava  



Xəbər lenti