“Sputnik”in direktoru azad edildi

   “Sputnik”in direktoru azad edildi
  10 Oktyabr 2025    Oxunub:1706
“Sputnik Азербайджан” saytının direktoru İqor Kartavıx həbsdən azad olunub. Bu barədə Rusiyanın “Kommersant” nəşri Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadla xəbər yayıb.
Nəşrin məlumatına görə, bununla bağlı qərar prezidentlər İlham Əliyevlə Vladimir Putinin Düşənbədə dünən keçirilən görüşündə qəbul olunub.
Prezidentlərin köməkçiləri – Hikmət Hacıyev və Yuri Uşakov öz aralarında danışıqlar aparıb və məsələni koordinasiya ediblər.

Rusiya tərəfi də tutduğu Azərbaycan vətəndaşlarından birini azad edib. Bu, Moskva Satira Teatrının avqustun 29-da həbs olunan keçmiş direktoru Məmmədəli Ağayevdir.

Tariyel
AzVision.az


Teqlər: Sputnik   Rusiya  



Xəbər lenti