Qəzetin yazdığına görə, danışıqlar haqqında məlumatlandırılan məmurlar bildiriblər ki, məqsəd Moskvanın “hibrid müharibəsi”nin xərclərini artırmaq, Rusiya PUA-larının və təyyarələrinin hava məkanını bir neçə dəfə pozmasından sonra aydın əks tədbirləri müəyyənləşdirməkdir.
“Təkliflərə Rusiyanın hərbi fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatlarının toplanması üçün istifadə olunan müşahidə PUA-larının silahlandırılması və Rusiya təhdidlərini zərərsizləşdirmək üçün şərq sərhədində patrulluq edən pilotlara tələblərin azaldılması daxildir. Digər variant isə NATO-nun Rusiya ilə sərhəddə, xüsusən də sərhədin daha ucqar və mühafizə olunmayan hissələrində hərbi təlimlər keçirməkdir”, - nəşr vurğulayır.
|
| NATO Rusiyaya xəbərdarlıq edib |
Məmurlardan biri bəzi ölkələrin NATO-nun daha aqressiv mövqe tutmasına can atdıqrlarını diqqətə çatdırıb. Lakin digər alyans üzvləri Rusiya kimi nüvə dövləti ilə birbaşa qarşıdurma riskləri səbəbindən daha mühafizəkar reaksiya verməyi məsləhət görürlər.
- Rusiyanın hərəkətlərinə necə ən yaxşı və ən effektiv cavab veriləcəyi ilə bağlı fəal müzakirələr gedir. Bununla belə, danışıqlar hələ ilkin mərhələdədir”, - NATO diplomatlarından biri xəbərdarlıq edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


