Komitən sədri 32-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib
Bu siyasətin işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam etdirildiyini bildirən Ramin Məmmədov qeyd edib ki, Qarabağda ciddi zərər görmüş dini abidələrimiz üçün yeni bir mədəni və mənəvi dirçəliş dövrü başlanıb. Bərpa işləri yalnız İslam irsinin deyil, eyni zamanda regionun zəngin və çoxşaxəli tarixi irsini əks etdirən xristian abidələrinin də qorunub saxlanmasına xidmət edir. Bu addımlar Azərbaycanın dini-mədəni müxtəlifliyi qoruyaraq gələcək nəsillərə ötürən ardıcıl və prinsipial siyasətinin nümunəsidir. Din azadlığının təkcə hüquqi sənədlərdə deyil, eyni zamanda institusional səviyyədə qorunmasının önəminə toxunan Komitə sədri bu sahədə uğurlu nümunələrin tətbiqinin əhəmiyyətli olduğunu qeyd edib.
Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov simpoziumdakı çıxışında dünyada mövcud olan dünyəvi dövlət modellərini şərh edib. Azərbaycanın müsəlman şərqində dünyəvi hüquq sistemini qəbul edən və fərqli din, məzhəblərə mənsub şəxslərə bərabər imkanlar təmin edən ilk ölkə olduğunu bildirib. Rektor həmçinin vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutu neytral və elmi yanaşmaya söykənən təhsil verir. İslamın bütün məzhəblərinin yanaşmaları obyektiv şəkildə təqdim olunur, eyni zamanda dünya dinləri haqqında müzakirələr elmi təsvir metoduna əsaslanır. Bu baxımdan İnstitut İslam dünyasında nadir və nümunəvi model sayılır.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində Briqam Yanq Universitetində təşkil edilən kursda Azərbaycan dilini öyrənən tələbələrlə də görüşüb. Görüş zamanı Ramin Məmmədov tələbələrə Azərbaycan tarixi, mədəniyyəti, dili və ölkəmizdə mövcud olan multikultural dəyərlər barədə məlumat verib.
Tələbələr Azərbaycana, xalqımızın tarixi və mədəniyyətinə dair məlumatları maraqla qarşıladıqlarını bildiriblər. Gələcəkdə Azərbaycan haqqında daha dərindən öyrənmək, ölkəmizin tarixi, mədəni irsi, adət-ənənələri və ictimai mühiti ilə daha yaxından tanış olmaq arzusunda olduqlarını ifadə ediblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


