UNESCO-nun sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib
E. Abdullayev BMT Nizamnaməsinin və UNESCO Konstitusiyasının qəbulunun 80 illiyi münasibətilə beynəlxalq həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu kontekstdə Azərbaycanın regionda sülh, təhlükəsizlik və əməkdaşlıq naminə gördüyü işlər, eləcə də Ermənistanla sülh prosesinin irəli aparılması istiqamətində atdığı addımlar diqqətə çatdırılıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilmiş tarixi görüş və sülh sazişi mətninin ilkin paraflanması xüsusi qeyd olunub.
Azərbaycan-UNESCO əməkdaşlığından söz açan daimi nümayəndə keyfiyyətli təhsil istiqamətində həyata keçirilən layihələrin, elm və süni intellekt sahəsində təşəbbüslərin, qadınların və gənclərin elmdə rolunun gücləndirilməsinin, “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, irqçiliyin bütün formalarına və təzahürlərinə qarşı UNESCO çərçivəsində birgə mübarizənin zəruriliyini ifadə edib.
Azərbaycanın UNESCO-nun dəyərlərinə sadiq qalaraq, beynəlxalq sülhün möhkəmləndirilməsi yolunda fəaliyyətini qətiyyətlə davam etdirəcəyi bəyan edilibdir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


