“Amerika Hökuməti işçiləri federasiyası və Amerika Dövlət, dairə və bələdiyyə işçiləri Federasiyası şənbə günü məhkəmə iddiasında “əhəmiyyətli təhlükənin “ qarşısını almaq üçün təhlükəsizlik qüvvələrinə ehtiyac olduğunu iddia edib”, - xəbərdə deyilir.
Amerika Hökumət işçiləri federasiyasının sədri Everett Kelli mətbuata açıqlamasında bildirib ki, Tramp administrasiyasının şatdaun fonunda on minlərlə federal işçini işdən çıxarmaqla hədələmələri “yalnız qeyri-qanuni deyil, həm də açıq-aşkar səhvdir” .
|
| Reuters: “Şatdaun dolları silkələyib” |
“Fox News” telekanalı, öz növbəsində, daha əvvəl bildirmişdi ki, Ağ Ev Donald Trampın ABŞ hökumətinin bağlanması (şatdaun) fonunda kütləvi ixtisarları həyata keçirmək və hökumət xərclərini azaltmaq planının bir hissəsi kmim 16 min federal işçini ixtisar etmək imkanının nəzərdən keçirir.
Xatırladaq ki, bu ayın ilk günündə ABŞ hökuməti fəaliyyətini dayandırıb. Konqres yeni maliyyə ili başlamazdan əvvəl hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edə bilməyib. Bu, Donald Trampın əvvəlki prezidentliyi də nəzərə alınmaqla, onun hakimiyyəti dövründə üçüncü federal şatdaundur.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


