Lekornyu bir ay keçməmiş baş nazir postundan getdi

Lekornyu bir ay keçməmiş baş nazir postundan  getdi
  06 Oktyabr 2025    Oxunub:719
Sentyabrın 9-da bu vəzifəyə təyin edilmiş Fransanın baş naziri Sebastyan Lekornyu oktyabrın 6-da istefa verib.
AzVision.az xəbər verir ki, Yelisey sarayına istinad edən “BFM” radiosunun məlumatına görə, Fransa prezidenti Emmanuel Makron artıq onun istefasını qəbul edib.

Cəmi bir gün əvvəl Sebastayn Lekornyu yeni hökumətin tərkibini açıqlayıb və bu hökumətdə əvvəlki kabinetdən olan bir sıra nazirlər öz vəzifələrini saxlayıblar.

- Həm mərkəzçi, həm də mühafizəkar dairələrin nümayəndələrinin daxil olduğu yenilənmiş kabinet, əsasən, əvvəlki iki kabinetin strukturunu əks etdirir. Yəqin ki, yeni simaların əlavə olunması və bəzi nazirlərin başqa vəzifələrə keçməsi vəziyyəti ciddi şəkildə dəyişməyəcək”, - Amerikanın “The New York Times (NYT)” qəzeti yazır.

Nəşr xatırlldaır ki, Fransa parlamentinin aşağı palatası hələ də siyasi dalana dirənmiş vəziyyətdədir. Prezident Makronun sağ mərkəzçi koalisiyası solçu və ifrat sağçı partiyaların sərt müqaviməti ilə üzləşir.

Bu kontekstdə, Sebastyan Lekornyu kabinet üzvləri seçimində məhdud imkana malik idi ki, bu da yeni hökumətin sabitliyinə dair şübhələr doğurur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lekornyu   istefa  



Xəbər lenti