İlon Maskın çinlilərlə əlaqəsi aşkarlanıb

   İlon Maskın çinlilərlə əlaqəsi aşkarlanıb
  03 Oktyabr 2025    Oxunub:1030
“SpaceX” şitkətindəki insayderin məhkəmədəki son ifadəsi ilk dəfə özəl şirkətə Çinin birbaşa sərmayə yatıtdığını göstərir.
AzVision.az xəbər verir ki, Çinin ABŞ-nin hərbi podratçılarda iştirakına heç bir qadağa olmasa da, bu cür investisiyalar ciddi şəkildə tənzimlənir və Amerika hökuməti bu məsələyə milli təhlükəsizlik ciddi təhdid kimi baxır.

ABŞ hökumətinin iddiasına görə, Çin sistematik şəkildə həssas sənaye sahələrinə investisiyalardan casusluq məqsədilə istifadə edir.

Buna görə də, şirkət çinli investorlara “SpaceX” səhmlərini almağa bir şərtlə icazə verir ki, vəsait Kayman adaları və ya digər ofşor mərkəzlər vasitəsilə yönəldilsin.

İlon Mask tarixə ilk trilyonçu kimi düşə bilər
Bu yaxınlarda dərc edilmiş sənəddə investorların adları redaktə olunub, lakin onların ünvanları Çilidən Malayziyaya qədər dəyişir. Sərmayədarlardan biri Rusiyada və Qətərdədir. Ən azı daha investorun Çində olduğu bildirilir.

Məhkəmə sənədlərinə əsasən, Şanxayda yerləşən bir şirkət İlon Maskın biznesinə sərmayə qoymaq üçün 50 milyon dollar köçürüb. Plan açıqlandıqdan sonra “SpaceX” müqaviləni ləğv edib.

Xatırladaq ki, bundan əvvəl amerikalı sahibkarın tarixə ilk trilyonçu kimi düşə biləcəyi barədə xəbər yayılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mask   çinlilər   sərmayə  



Xəbər lenti