ABŞ vətəndaşı Suriyanın deputatı olmaq istəyir

ABŞ vətəndaşı Suriyanın deputatı olmaq istəyir
  03 Oktyabr 2025    Oxunub:1129
Yəhudi icmasının üzvü, Dəməşq əsilli Henri Həmra oktyabrın 5-də keçiriləcək Suriya parlament seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
AzVision.az Həmra 1990-cı illərdə Bəşər Əsəd dövründəki təqiblərin əlindən ailəsi ilə birlikdə Suriyadan qaçıb. O, hazırda ABŞ-də yaşayır, Amerika vətəndaşlığına malikdir və xeyriyyə işlərində fəal iştirak edir.

Əsədin tərəfdarları seçkilərə buraxılmayacaq
Bir neçə mənbənin məlumatına görə, Henri Həmra 20-ci əsrin sonunda kütləvi mühacirətdən sonra ölkənin ictimai-siyasi həyatından faktiki olaraq yoxa çıxmış Suriya yəhudi icmasının maraqlarını təmsil etmək niyyətindədir.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya mediası Suriyanın Ali Seçki Komissiyasının üzvü Həsən Əl-Daqimin keçmiş hakimiyyətin tərəfdarlarının qarşıdan gələn parlament seçkilərində iştirak edə və ya səs verə bilməyəcəklərini açıqladığını yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   amerikalı   deputat  



Xəbər lenti